qoz

Bunları mütləq yeməlisiniz!

Baxış sayı: 1. 234

Bir çox insan ömür boyu eyni qidalara üstünlük verir, ağız dadını dəyişmək və ya sevdiyi qidalardan imtina etmək istəmir.

Ancaq türkiyəli dietoloq Gizəm Şebər yaş artdıqca orqanizmin ehtiyaclarının dəyişdiyini və qida rasionunu müəyyənləşdirərkən bunu nəzərə almağın vacibliyinə diqqət çəkir.

“Gencaile.az” 50 yaşı adlayan insanlar üçün dietoloqun yeməyi məsləhət gördüyü qidaları təqdim edir:

 

Qırmızı rəngli meyvələr

İtburnu, quşüzümü kimi meyvələrdən yararlanmaq lazımdır. Bunlar antioksidant baxımından zəngin olurlar. “Annals of Neurology” jurnalında yayımlanan araşdırmaya görə, mütəmadi olaraq bu meyvələrdən istifadə edənlərdə yaddaş itkisi daha az müşahidə edilir.

 

Göyərti

Göyərtilər K vitamini ilə zəngin olur. Bu vitamin yaş artdıqca sümüklərdə müşahidə edilən kövrəkliyin qarşısını alır. Sümükləri gücləndirib, sümük əriməsi riskini azaldır.

 

Yaşıl çay

Araşdırmalar göstərib ki, gündə 2-3 stəkan yaşıl çay içənlərin mədə və qida borusu xərçənginə yaxalanma riski 40 faiz azalır.

 

Qoz

Tərkibindəki E vitamini, omeqa 3 yağ turşuları sayəsində xüsusilə, qadın sağlamlığına yaxşı təsir edir. Gündə 1-2 ovuc qoz yeyən qadınların döş xərçənginə yaxalanma ehtimalı azalır.

 

Süd məhsulları

Sümüklərin güclü və sağlam olması üçün gündə 2 stəkan süd içmək və ya süd məhsullarına müraciət etmək lazımdır.

 

Bütöv dənli taxıl

Bütöv dənli taxıldan əldə edilmiş qidalar sağlamlıq üçün yararlı liflərlə zəngin olurlar. Bu liflər ürək-damar sisteminə yaxşı təsir edir. Mütəmadi olaraq belə qidalar yemək qandakı xolesterin miqdarını aşağı salır.

 

Şokolad

37 min nəfərin iştirak etdiyi araşdırma nəticəsində məlum olub ki, gündə təxminən, 40-60 qram şokolad yeyənlərin infarkt keçirmək riski 30 faiz azalır. Şokolad eyni zamanda yaddaş itkisinin də qarşısını alır.

 

Pomidor

Pomidor “likopen” adlı maddə ilə zəngindir. Bu maddə prostat vəzinin böyüməsinin və prostat xərçənginin qarşısını alır.

 

Banan

Kaliumla zəngin olan banan təzyiqi aşağı salır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir