gelinlik

Bürclərə görə gəlinlik modelləri

Baxış sayı: 1. 490

Qoç

Hər mövzuda lider olanlardır. Tərz yaratmağı, trend olmağı bilirlər. Rahat hərəkət edə biləcəkləri modelləri seçərlər.

 

Buğa

Dəbdəbəli qadınlar olan buğa bürcləri özlərini önə çıxaran gəlinlik modelləri seçərlər. Görənlər parçasından tikişinə qədər diqqətlə hazırlanmış bu gəlinliyə heyran qalarlar.

 

Əkizlər

Hər bir gənc qızın seçdiyi şişirtmə, parıltılı modelləri seçməzlər əkizlər.  Qabarıq, və ya düz fərqi yoxdur, qısa ətək ölçüsü olan, üzəri “straplez” gəlinlikləri seçərlər.

 

Xərçəng

Kövrək, incə və olduqca məsum olan bu bürcdəki qadınlar romantik gəlinliklər seçərlər.  Zərif və sadə, heç  vaxt şişirtmə olmayan, üzərində “transparan” tüllər olan modellər bu bürcdəki qadınlara daha çox yaraşar.

 

Şir

Dəbdəbəli, havalı və son dərəcə özündən razı qadınlardır. Bəyənilməyi və göz qabağında olmağı sevərlər. Parçasından üzərindəki daşlarına qədər diqqətlə seçilmiş parlaq gəlinliklər şir bürclərinə daha uyğun olar.

 

Qız

Hər detalı önəmsəyən, dəqiq düşünən, sərhədindən çıxmayan bu qadınlara  şişirtmə olmayan, dar kəsimli, qısa qollu modellər daha uyğun olar.

 

Tərəzi

Təbii gözəlliyə sahib olan, hər zaman bəyənilən, olduğu hər yerdə diqqət mərkəzində olan  qadınlardır. Bütün model gəlinliklər onlara yaraşacaqdır. Yaxası açıq, dar kəsimli, ipək şifon, ‘straplez’ gəlinliklər tərəzi bürclərinə daha uyğun olacaqdır.

 

Əqrəb

Sirli və olduqca çəkici, özünə məxsus davranışları olan qadınlardır. Gözqamaşdırıcı detayları olan, yaxası və arxası açıq olan, rəngiylə, parçasıyla hər zaman yaddaşlarda iz buraxacaq modellər onlar üçün daha uyğun olar.

 

Oxatan

Həyatı, yaşamağı hər zaman sevən gənc ruhlu qadınlardır. Tək parçalı, qabarıq olmayan, böyük aksesuarlar əvəzinə balaca aksesuarlar olan (sırğa,sep) seçimləriylə geyimlərini tamamlayan modellər seçmələri daha uyğundur.

 

Oğlaq

Hər zaman gənc qala bilən, kövrək olan, lakin bunu bəlli etməyən, gücsüz görünməyi sevməyən qadınlardır. Oğlaq bürcləri sofistike xətləri olan, zərif, ancaq qüsursuz görünən modellər seçərlər.

 

Dolça

Orijinal və hər zaman fərqli olan dolçalar göz qabağında olan qadınlardır. Fikirləriylə, duruşlarıyla, həyata baxış bucaqlarıyla hər zaman axtarılan qadınlardır. Gəlinlik seçimləri qeyri-adi görünüşü olan, bənzərsiz görünən modellər olar.

 

Balıq

Ürəyinin səsinə qulaq asan, kövrək olan balıq bürcü qadınlarına parlaq və romantik  görünüşə sahib modellər  daha uyğundur.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir