hediyye

Bürclərə uyğun sevgililər günü hədiyyələri

Baxış sayı: 1. 689

Artıq iki gündən sonra bütün dünyada sevgililər günü qeyd olunacaq.  Şübhəsiz,  indi sevənləri qarşı tərəfə hansı hədiyyəni almaq haqqında sual maraqlandırır. Əgər siz də sevgilinizə nə hədiyyə almaq barədə düşünür və ağlınıza bir şey gəlmirsə, sevgilinizin bürcünə uyğun hər hansısa bir hədiyyəni ala bilərsiniz.

 

Qoç bürcü qadın

Özünə olan güvəni, canlılığı, hakim partnyor olması, basqıları sevməməsi, güclü kişilərə üstünlük verməsi, zövqlü və əyləncəli olmağı ilə Qoç qadını üçün 14 fevral sevgililər günü hədiyyə seçimlərimiz… Swarovski qaşlı qolbağı, sırğa, boyunbağı, 14 fevral gecəsi üçün süpriz parti, ipək alt paltarı, idman ayaqqabıları və s.

 

Qoç bürcü kişi

Hər ortamda liderlik gücünü asanlıqla sərgiləməsi, bənzərsiz eqosu və özünə olan müthiş güvəni, istəkləri qəbul etdirməyi bacarması və bütün bunları özündə möhtəşəm şəkildə birləşdirməsi ilə məşhur qoç kişiləri üçün hədiyyə seçimləri… fotoaparat, video oyunlar, oyun konsolu, azərkeşlik etdiyi kluba aid hədiyyəlik əşyalar, metal qolbağı, futbol bileti, fitness koftası, qol saatı və s.

 

Buğa bürcü qadın

Ləzzətli yemək hazırlamaqları, asan-asan münasibətə girməmələri və heç kimə üz verməmələri, fiziki olaraq qüvvətli olmaları, tək mövzuları gözəllik və sevdikləri insanı dəstəkləməsi, zənginləşdirməsi ilə buğa bürcü qadınları üçün 14 fevral hədiyyələri… konsert bileti, ipək şərf, brilyant üzük, xüsusi qutuda şokolad, parfüm, gözəl məkanda yemək və s.

 

Buğa bürcü kişi

Güvən, hüzur, sədaqət axtaran qadın üçün dərman kimi olan buğa bürcü kişiləri, güclü cinsəllikləri, keyfiyyətli və seçilmiş həyatları, nə istədiyini bilmələri və ona görə planları qurmaqları, yollarına maneə çıxsa belə yıxılmadan davam etmələri, zövqlərinə düşkünlüyü, qadınını sahiblənmələri ilə cazibədar buğa bürcü üçün 14 fevral sevgililər günü hədiyyə seçimləri… öz əllərinizlə hazırlayacağınız xüsusi yemək, kaşmir şərf, qulaqlıq, dəri pulqabı və s.

 

Əkizlər bürcü qadın

Əyləncəli, maraqlı, hərəkətli, formunu qoruması, özünə diqqət etməsi, formalı bədəni, zəka və güclü analiz bacarığı, hər nə qədər ürəyi sıxılsa belə əylənməyi bacarması, əl qabiliyyətləri və anlayışları ilə əkizləri bürcü qadınına 14 fevral sevgililər günü hədiyyələri… telefon, müxtəlif aksesuarlar, səyahət çantası, onunla keçirəcəyiniz xüsusi gün, ağıllı saat, velosiped, elektron kitab, cins şalvar və s.

 

Əkizlər bürcü kişi

Zarafatları, şən və ünsiyyətcil olmaları, razı salma qabiliyyətləri, aktiv olmaqları, illər keçsə belə eyni cazibərdarlıqda qalmağı bacarmaları ilə əkizlər bürcü kişisi üçün 14 fevral sevgililər günü hədiyyələri… veb kamera, telefon, kompüter, Bluetooth-lu aksesuarlar və s.

 

Xərçəng bürcü qadın

Sirr saxlamağı bacarması, xətir, könül bilməsi, vicdanlı və yaxşı niyyətli olmaları, pis gününüzdə yanınızda olmağı bacarmaqları və dürüstlüyü ilə xərçəng bürcü qadınına veriləcək 14 fevral hədiyyələri… tək qaş üzük (evlənmə təklifi üçün 14 fevral möhtəşəm bir gün ola bilər), ev üçün dekorativ əşya, rəsm çərçivəsi, duyğularınızı ifadə etdiyiniz açıqça ilə birlikdə bəyaz gül buketi, kofe maşını, əl işi hədiyyələr, musiqi qutusu, gümüş qaşlı qolbağı, parfüm və s.

 

Xərçəng bürcü kişi

Sevdiyi qadına qarşı olan əliaçıqlığı, romantik, ailəyə verdiyi önəm, vicdanlı olması ilə xərçəng bürcü kişiləri üçün 14 fevral sevgililər günü hədiyyəsi… gümüş çaxmaq və siqar, adına özəl xatirə dəftəri, əl işi kitab tutacağı, retro dizaynlı kartlıq və s.

 

Şir bürcü qadın

Dişiliyi, cazibədarlığı, istiqanlılığı, ağlı və gözəlliyi, seçməyi bilməsi ilə tanınan şir bürcü qadınları üçün 14 fevral sevgililər günü hədiyyələri… şarm qolbağı, adına özəl boyunbağı, xüsusi dizayn edilmiş əşyalar, konsert bileti, gündəlik baxım üçün spa hədiyyə kartı, özəl şüşədə şampan və s.

 

Aslan bürcü kişi

Qoruyuculuğu, zadəgan ruhu, keyfiyyətdən güzəşt verməməsi, göstərişli olması, istədiyi bir şeyi mütləq əldə etməsi ilə tanınan şir bürcü kişiləri üçün 14 fevral hədiyyələri… ev sinema sistemi, oyun konsolu, altın rəngində kəmər, qalstuk, hədiyyə kartı, qol saatı, trençkot və s.

 

Qız bürcü qadın

Nə qədər aşiq olsa da yeri gələndə məntiqini də işlədə bilməsi, inkişaf etmiş zəkaları və estetik duyarlılıqları, sədaqəti, ağlı və sevimlilikləri ilə qız bürcü qadınları üçün 14 fevral sevgililər günü hədiyyələri… baxım və istirahət üçün spa hədiyyə kartı, adına uyğun planlama dəftəri, dəbli kofta, ipək şərf, elektron kitab, dəri çanta, ağıllı saat, telefon və s.

 

Qız bürcü kişi

Çalışma sevdası ilə dolu titizlikləri, keyfiyyətə önəm vermələri, seçimli zövqləri, sizinlə əlaqəli hər şeylə maraqlanmaqları və önəm verməkləri ilə qız bürcü kişiləri üçün 14 fevral sevgililər günü hədiyyə fikirləri… Marka köynək, dəri portföy, qol saatı, hədiyyə çeki, kompüter oyunları, son çıxan film və kitablar, telefon və ya kompüter, keyfiyyətli planlayıcı, gözəl qoxulu sabunlar və s.

 

Tərəzi bürcü qadın

Məntiqli danışıqları və düşüncə tərzləri, şirin gülümsəmələri, təbii gözəllikləri və zərafətləri ilə Tərəzi bürcü qadınları üçün 14 fevral sevgililər günü hədiyyələri… brilyant zinət əşyası, keyfiyyətli geyim əşyası, parfüm, səyahət bileti, kompüter, kitab, birlikdə keçirə biləcəyiniz romantik bir gecə və s.

 

Tərəzi bürcü kişi

Yaraşıqlılığı, girdiyi hər məkanda diqqət çəkməsi, keyfiyyətli həyatı sevməsi, geyim və marka marağı, nəzakəti, adalətli olması ilə xüsusi Tərəzi bürcü kişiləri üçün 14 fevral sevgililər günü hədiyyələri… bluetooth-lu qulaqlıq, brelok, fotoaparat, köynək, ayaqqabı və s.

 

Əqrəb bürcü qadın

Sirli xasiyyəti, dərin düşünə bilməsi, cazibədarlığı, ovsunlamağı bacarması, güclü və heç vaxt yıxılmayan xarakteri ilə Əqrəb bürcü qadınları üçün 14 fevral sevgililər günü üçün hədiyyə seçimlərimiz… yumuşaq tərliklər, dəri çanta, parfüm, marka bir saat, cazibədar alt paltarı dəsti və s.

 

Əqrəb bürcü kişi

Ehtiras, vaz keçməyi bilməmələri, cazibədarlıqları, asan əldə edilən olmamaları, müthiş iradələri ilə Əqrəb bürcü kişilərinə uyğun sevgililər günü hədiyyələri… marka geyim əşyası, maşını üçün xüsusi brelok, dəri pulqabı, kəmər və ya saat və s.

 

Oxatan bürcü qadın

Həmişə gec qalmağı bacara bilməkləri, hərəkətlilikləri, pozitiv və macərapərəst olmaqları, sevimlilikləri və formada qala bilməyi bacarmaqları ilə məşhur Oxatan bürcü qadınları üçün 14 fevral sevgililər günü hədiyyələri… səyahət bileti, fotoaparat, keyfiyyətli səyahət çantası, eynək, kitablar və s.

 

Oxatan bürcü kişi

Yaxşılığı, təmiz ürəkləri, sosiallıqları, cömərtlikləri, gəzməyi sevmələri, pozitiv düşüncələri ilə Oxatan bürcü kişiləri üçün 14 fevral sevgililər günü hədiyyələri… mini cib durbini, dron, yerimə ayaqqabıları, bot çəkmələr və s.

 

Oğlaq bürcü qadını

Həmişə gecikən, soyuq görüntüsünün ardındakı güclü cazibədarlığı, dürüstlüyü, sədaqəti, sevdiklərini yarı yolda buraxmaması ilə tanınan Oğlaq bürcü qadını üçün 14 fevral sevgililər günü hədiyyə seçimləri… tablo, parfüm, kaşmir şal, ayaqqabı, çanta, pulqabı, ipək şərf, əlcək, saat və s.

 

Oğlaq bürcü kişi

Ciddiyyəti, sağlamlığı, güvənilən və sirdaş olması, uğurlu kariyeraları, öz ayaqları üzərində durmağı bacarmaqları ilə tanınan Oğlaq bürcü kişiləri üçün 14 fevral sevgililər günü hədiyyələri… dəri əlcək, dəbli ayaqqabı, çanta, pulqabı, saat, kompüter, planlayıcı, telefon və s.

 

Dolça bürcü qadın

Zərif, ağıllı, dost, azadlığına və xarakterinizə qarşı sayğılı olması, keyfiyyətə önəm verməsi ilə Dolça bürcü qadınına sevgililər günü hədiyyələri… qolbağı, üzük, telefon, xüsusi dizayn edilmiş bijuteriya, dəbli şərf, dekorativ əşyalar, yeni çıxan bir kitab, rəsm çərçivəsi, gözəl axşam yeməyi, xaricə səyahət bileti və s.

 

Dolça bürcü kişi

Duyğularını bəlli etməməsi, yeniliyə açıq olması, dost canlısı olmağı, özünə xas fikirləri ilə Dolça bürcü kişisi üçün alına biləcək sevgililər günü hədiyyələri… noutbuk, telefon, keyfiyyətli geyim əşyası, səyahət çeki, fotoaparat və s.

 

Balıqlar bürcü qadın

Gözləri, baxışları, dərinliyi, mərhəməti, empatiya gücü, vəfalı olmağı, gözəlliyi və duyğusal olmağı ilə tanınan Balıqlar bürcü qadını üçün 14 fevral hədiyyə seçimləri… aquamarine qaşlı uğur boyunbağısı, musiqi qutusu, polar palto, fotoaparat, dəniz səyahəti, mistik kitablar, qoxulu şamlar və s.

 

Balıqlar bürcü kişi

Rahat davranışları, romantizm, gücü xəyal gücləri, duyğularını dilə gətirmələri, ön yarğılı olmamaları ilə sizi incitməkdən qaçınmaları və s. Xüsusiyyətlərə sahib olan balıqları bürcü kişiləri üçün 14 fevral sevgililər günü hədiyyə seçimləri… kitab, yuxu yastığı, içki kolleksiyası, çaxmaq, ayaqqabı, musiqi çalar və s.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir