kitab

Bütün zamanların ən yaxşı uşaq kitabları – FOTOLAR

Baxış sayı: 349

11. Kiçik Ev (Little House on the Prairie) (1935) – Laura İnqalls Vaylder

Vaylderin 19-cu əsrin vəhşi amerikan təbiətini anlatdığı 9 klassik romanı var. O, romanlarını yazarkən öz uşaqlıq xatirələrindən istifadə edib. Yazıçı “Kiçik ev” adlı əsərində Viskonsindəki bir meşədə inşa edilən taxta evdə iki bacısı və valideynləri ilə yaşayan kiçik bir qızın gündəlik həyatını qələmə alıb.

 

10. Qırışan zaman (A Wrinkle In Time) (1962) – Madeline L’Engle

Əsərin qəhrəmanı Meq Marrinin zamanda səyahət edən atası yoxa çıxır. Bir gün onların evlərinə qonaq gələn adam da zamanda səyahət edərkən oraya düşüb. Həmin qonağın sayəsində Meq də bir dostu və qardaşı ilə birlikdə atasını tapmaq üçün zamanda yola çıxır. Qəhrəmanların şahid olduğu hadisələrdə Soyuq Müharibənin izlərini görmək mümkündür. Uşaqları elmi-fantastik janrla tanış edən ilk əsərlərdən olan bu kitabda Eynşteynin nisbilik nəzəriyyəsindən də söz açılıb. Meq zəkalı, ancaq qəribə xarakterli bir qız olaraq ədəbiyyatda bir ilkə imza atıb.

 

9. Yerdəniz sehrbazı (A Wizard of Earthsea) (1968) – Ursula K Le Quin

Sparrovhavk (Atmaca) adlı kiçik bir uşaq falçı xalasından öyrəndiyi sehr gücü ilə yaşadığı kəndi pisliklərdən xilas edir. Sonra adını dəyişərək sehrbaz kimi təhsil alır. Sehrbazlıq məktəbindəki səhvləri, əjdahalar və içindəki cinlərlə mübarizəsi, fantaziya tərzi nağıllardakı yaxşı və pis təəssüratları yenidən formaya salıb.

 

8. Çarlinin Şokolad Fabriki (Charlie and the Chocolate Factory) (1964) – Roald Dahl

Fantastik tərzdə yazılan bu əsərin qəhrəmanı təsadüfi hadisələr nəticəsində böyük həqiqətlərlə qarşılaşır. Ədəbiyyat tənqidçiləri Roald Dahlı ən çox məsləhət görülən yazıçılar siyahısına salıblar. Çünki o, uşaq ədəbiyyatının öncül qələm sahiblərindəndir.

 

7. Vinni Pux (Winnie-the-Pooh) (1926) – AA Milne

Yazıçı bu klassik uşaq kitabındakı qəhrəmanlara oğlu Xristofor Robin və onun oyuncaqlarının adını verib. Vinni Pux onun ayısının adıdır. Əsərdə qəhrəmanların meşədə başına gələn hadisələr nağıl edilir.

 

6. Balaca Şahzadə (The Little Prince) (1943) – Antonio de Saint-Ekzüperi

II Dünya Müharibəsi zamanı Fransanın hava qüvvələrinin tərkibində pilot kimi iştirak edən yazıçı 1944-cü ildə təyyarəsi ilə birgə Aralıq dənizi üzərində qeybə çəkilib. Onun qələmə aldığı “Balaca Şahzadə” əsəri səhraya düşən təyyarənin pilotu ilə kiçik bir planetdən gələn şahzadənin dialoqlarından bəhs edir. Böyüklər arasında da maraqlı oxunan bu kitabın hər cümləsi, demək olar ki, bir aforizmə çevrilib.

 

5. Kiçik qadınlar (Little Women) (1868) – Louisa May Alkott

Kiçik bir şəhərdə yaşayan Març ailəsinin fərqli xarakterlərdə 4 qızı var. Bu hekayədə onların uşaqlığından yeniyetməliyinə qədər yaşanan dövrlərindən bəhs edilir. Bu avtobioqrafik əsər gerçəkçi dialoqları, güclü qəhrəmanları, ailə problemləri mövzusundakı incə detalları və yazarın maraq doğuran nağıletmə qabiliyyəti ilə digər uşaq kitablarından çox fərqlənir.

 

4. Alisa macəralar diyarında (Alice’s Adventures in Wonderland) (1865) – Levis Karroll

Levis Karroll imzasından istifadə edən Çarlz Dodqson bu əsərində İngiltərənin Viktorian dövrünü təsvir edib. Əsər hələ 150 il öncə yayımlanarkən böyük əks-sədaya səbəb olub. Romanın baş qəhrəmanı Alisanın dovşan yuvasından girdiyi dünya, qarşılaşdığı obrazlar ədəbiyyat dünyasına yeniliklər bəxş edib. Hazırda romanın fərqli motivlərdə bir neçə oxşarı var.

 

3. Dostum Canavar (Where the Wild Things Are) (1963) – Mauris Sendak

Hekayənin qəhrəmanı olan Maksı anası yemək yedirmədən yatmağa göndərir. O isə hər gecə xəyal dünyasındakı canavarların yanına qaçır. Yazar bu əsəri ilə bir uşağın öz duyğularını tanımasını və idarə etməsini öyrədir. Tənqidçilər hekayənin gözəlliyi, zənginliyi və sürpriz hadisələrlə yanaşı, əsərin möhtəşəm rəsmləndirilməsindən də təriflə danışırlar.

 

2. Narniya Salnaməsi: Aslan, sehrbaz və şkaf (The Lion, the Witch and the Wardrobe (1950) – CS Levis

Əsərin girişində bu kitabın uşaqlar üçün nəzərdə tutlduğu yazılsa da, əslində ən çox böyüklərin oxuması lazım olan əsərlərdəndir. Xristian alleqoriyası və ya sehrli bir fabula olaraq dəyərləndirilən bu əsər bir şkafdan başqa bir dünyaya keçən 4 uçaqdan bəhs edir. Hekayə sehr, psixoloji gerçəklik və dərin bir gözəllik anlayışlarını özündə birləşdirir.

 

1. Hörümçək toru (Charlotte’s Web) (1952) – EB White

Bu əsər ədəbi tənqidçilərin favorit uşaq kitabıdır. Romanda hörümçəklə donuzun dostluğundan söz açılır. Hətta mütəxəssis Maurren Korriqan “başqa planetə bir kitab göndərin desələr, tərəddüd etmədən bu kitabı seçərdim” deyib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir