buxaq

Buxaqdan necə qurtulmaq olar?

Baxış sayı: 1. 409

Buxaq problemi ilə qadınların bir çox hissəsi rastlaşır. Buxağın əmələ gəlmə səbəbləri arasında: piylənmə, düzgün olmayan qamət, hündür yastıqda yatmaq vərdişi, irsiyyət.

Buxaq qadının xarici görünüşünü korlayır, onu daha yaşlı göstərir. Buxaqdan qurtulmaq üçün məsləhətlərimizdən istifadə edə bilərsiniz:

– Buxaqdan qurtulmaq üçün ilk növbədə qamətinizi düzəldin. Bu, heç zaman gec deyil. Qamətinizə daim fikir verin.

– Çəkinizi azaltmağa çalışın.

– Hündür yastıqda yatmayın. Yuxu zamanı çiyinləriniz döşəyin üzərində olmalıdır, boynunuz qabağa əyilməməlidir.

– Buxaqdan qurtulmaq üçün xüsusi dartıcı maskalardan istifadə edin. 1 xörək qaşığı ağ kosmetik gili az miqdarda sərin suda həll edin və qalın qatla buxaq nahiyəsinə çəkib uzanın. Maskanı 30 dəqiqə ərzində saxlayın (boynuzu tərpətməyin) və sonra maskanı sərin su ilə yuyub dəriyə qidalandırıcı krem çəkin.

– 1 çay qaşığı alma sirkəsi və 1 çay qaşığı duz 1/2 stəkan sərin suda həll edin. Suda kiçik dəsmal isladın. Dəsmalın kənarlarından tutub dəsmalı 5-10 dəqiqə ərzində tez-tez buxaq nahiyəsinə vurun. Daha sonra dərini sərin su ilə yuyun və qidalandırıcı krem çəkin.

– Kosmetik buz buxaqdan qurtulmağa kömək edir. 1 xörək qaşığı palıd qabığı 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və buz üçün olan qaba töküb dondurucu kameraya qoyun. Hər səhər alınmış buz kubu ilə buxaq nahiyəsini sürtün.

– Hər gün buxaq nahiyəsini elastik bintlə sıx sarıyın (bintin kənarlarını təpədə bağlamaq lazımdır) və 1 saat ərzində saxlayın. Daha sonra dəriyə qidalandırıcı krem çəkin.

– Əllərinizə bir qədər bal götürün, başınızı arxya əyin və sığallayıcı hərəkətlərlə buxaq nahiyəsini və boynunuzu dəri qızarana kimi massaj edin




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir