aile

Cəmiyyətdə nümunəvi ata, yoldaş, ər fenomeni necə düşünülür?

Baxış sayı: 1. 334

Son dövrlər KİV-lərin ölkə əhalisinə təqdim etdiyi məlumatlar şüur formalaşdırılmasına çox ciddi təsir edir. Belə ki, artıq bir çox dəyərlər aşılanmaq üzrədir. Məsələn cəmiyyətdə nümunəvi ata, yoldaş, ər fenomeni necə düşünülür? Bu əslində cəmiyyətin dünyaya baxış tərzinin də göstəricisidir.

 

Mövzu ilə bağlı fikirlərini bölüşən sosioloq Azad İsazadə deyir ki, psixologiyada mütləq mənada  yaxşı və pis yoxdur: “Azərbaycanda  hal-hazırda nümunəvi ata obrazını yaradan amil sözsüz ki, maddiyatdır. Yaxşı ata, yaxşı yoldaş ilk növbədə yaxşı qazanmalıdır. Bunun kökləri daha dərindir. Eyni zamanda onu da bilməliyik ki, psixologiyada mütləq mənada  yaxşı və pis yoxdur. Hər şey şərtidir. Yaxşı pul qazanmaq müsbət amil kimi qəbul olunur. Amma bu müəyyən həddə qədər bu cür qəbul olunur. Əgər məsələ tək pul mərhələsinə daxil olduqda artıq mənfi bir hal kimi müşahidə olunur.

Azad Isazade

İkinci və bəlkə də daha mənfi bir cəhət də var ki, yaxşı ata obrazını formalaşdırıb. O da soyuqqanlı olmalı, az danışan, sözü bir dəfə deyən, lazım olanda hətta fiziki gücdən də istifadə edən, xırda ailə problemləri ilə məşğul olmayan bir kişi obrazıdır. Bu gün müasir həyat belədir ki, bu kimi hallardan uzaqlaşmaq olmur. Bu baxımdan çox təəssüflər olsun ki, cəmiyyətdə belə bir fikir formalaşıb ki, pul ilə hər şeyi həll etmək olar. Pul ilə vəzifə də, savad da, rütbə də almaq olar. Amma reallıq onu göstərir ki, hər şeyi almaq olmur. Əgər bu mümkün olsaydı işimizdə keyfiyyət olardı. Göründüyü kimi pul istənilən keyfiyyəti verə bilmir. Bu məsələ üçün fərqli amillər rol oynayır. Eyni zamanda pul ilə ailə keyfiyyətini almaq olmur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir