KOKELMEK

Çəki atmanı əngəlləyən səbəblər

Baxış sayı: 604

Pəhriz saxlayarkən buraxılan bəzi səhvlər çəki itirməyə mane olur.  Əsas yeməkdən qaçıb qəlyanaltılarla az yediyinizi düşünmək tam əksi kilo almağınıza gətirib çıxarır. Çərəzlər, meyvələr, sağlam qidalar arasından seçdiyiniz qəlyanaltı alternativləri düşündüyünüz qədər məsum deyil. Çünki bu zaman yediyiniz qidanın qədərini düzgün hesablamaya bilərsiniz. Bu da fərqində olmadan az-az çəki almağınıza gətirib çıxaracaq. Buna rəğmən ana yeməyi kənara qoyub qəlyanaltının miqdarını hesablayıb bu şəkildə qidalanmaq növbəti buraxacağınız yanlış olacaq. Qəlyənaltıların yalnız yemək aralarında aclığı aradan qaldıran bir vasitə olduğunu unutmayın.

Çay və qəhvəni su əvəzi istifadə etmək də sizin artıq çəki almağınıza səbəb olacaq. Pəhriz saxlayarkən yetəri qədər su içməmək buraxacağınız ən böyük səhvdir. Çay və ya qəhvə ilə bunu əvəzləyərək başqa bir yanlışa yol vermiş olacaqsınız. Bu kimi içkilər bədənin suya olan tələbatını ödəmədiyi kimi maye itirməyinizə də səbəb olacaq. Su maddələr mübadiləsini tənzimləyərək çəki atmada ən güclü köməkçinizdir.

Çox insan həftə sonları pəhrizə riayət etməyib, özünüzü biri az mükafatlandırmaq istəyir. Bu maddələr mübadiləsinin pozulmasına, həm də sağlamlığının pisləşməsinə səbəb olacaq.

Gündüz az yeyib axşam masaya daha ac vəziyyətdə əyləşmək də belə yanlışdan biridir. Gün batandan sonra bədən istirahət rejiminə keçir, həzm yavaşlayır və hərəkətin azalması ilə alınan hər kalorinin geri qaytarılmasına imkan yaranır. Günə sağlam bir pəhrizlə başlayacağınızı deyib ac qalmaq və gün sonunda dözməyib qida qəbul etmək daha çox kalori almağınıza gətirib çıxaracaq. Qida ehtiyacınızı gün ərzində tamamlamağa çalışın. Bu zaman arıqlamağınız da daha asan olacaq.

Müxtəlif növ içkilər nə qədər sağlam görünməsindən asılı olmayaraq kalori almağınıza səbəb olur. Süd, meyvə şirəsi, qəhvə kimi içkilər qanda şəkərin artmasına və kilo almağınıza gətirib çıxarır. Eyni zamanda, az kalorili məhsullarla qidalanıb istehlakı artmaq da çəkini artıran bir başqa səbəbdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir