dava

Cəmiyyətdəki qəddarlıq, didişmə, aqressiya: tək bizdədir, yoxsa? – Tanınmışların rəyi

Baxış sayı: 891

Hər şey qaramat görünməyə başlayanda, ümidsizlik toxumları səpiləndə cəmiyyət olduqca bədbinləşir. Toplumlar kütləvi psixoz vəziyyətindən özbaşına çıxa bilmirlər. Onlara yol göstərən olmayanda, ziyalılar, maarifçilər, fikir adamları susanda cəmiyyətdəki eybəcərliklər üst qata çıxır, daha qabarıq görünür.

İndi millətin yaralı yerlərindən biri də qarşılıqlı amansızlıq, tənqidə dözümsüzlük, bir-birini ittiham etmək, ən kiçik irada tab gətirməyib aqressivlik nümayiş etdirməkdir. Bunu gündəlik məişət həyatında da, siyasi poliqonda da, reallıqda və virtualda da görmək mümkündür. Xüsusən sosial şəbəkələrdə adamların az qala bir-birinin ətini didməsi, imkan yaransa, başını kəsməyə hazır olması, təmkinsizlik, emosionallıq çılpaqlığı ilə müşahidə edilir. Sanki hamı bir-birinə nifrət edir, qatilə çevirməyə hazırdır, özlərindən başqa hər kəsdə günah axtarırlar.

Həyatda baş verən bütün cinayət hadisələri insanın psixoloji durumunun məhsuludur. Dünya insanlarının psixoloji portretləri isə ürəkaçan proqnozlar vəd eləmir. İstər ictimai nəqliyyatda, istər tıxacda dayananda, istərsə də işdə, bu, get-gedə hamı üçün normal davranış kimi qəbul olunur.

“Mən aqressiyanı göstərməsəm, məni zəif bilərlər və alçaldacaqlar”, – deyə əksəriyyət düşünür. Bəzən özünü qorumaq üçün aqressiyanı həddindən artıq çoxaldırlar.

İradə TUNCAY: DAMA ÇIXAQMI?

İradə Tuncay: “Haqq-ədalət çox pozulan yerlərdə adətən belə olur”

Cəmiyyət gündən-günə niyə belə qəddar, acımasız, rəhmsizdir? Təkcə Azərbaycanda belədir, yoxsa başqa kütlələr də oxşar vəziyyətdədir?

“Ədalət” qəzetinin baş redaktoru İradə Tuncayın fikrincə, haqq-ədalət prinsipləri çox pozulan yerlərdə adətən belə olur. Onun sözlərinə görə, bu, bir günün işi deyil: “İllərlə bu mühiti hazırlayıblar. İndi də nəticələrlə uğraşırıq. Səbəblərə baxmaq lazımdır. Stress, sürət, informasiya bolluğu – hamısı rəvac verir. Hər adam bu qədər yükün ağırlığına dözə bilmir. Yəni hər mənada böhran var”.

Hamınız bir bezin qırağısınız...” — Rəşad Məcid

Rəşad Məcid: “Bir az pandemiya, bir az Şuşa ağrısı, bir az ümidsizlik…”

“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid isə qeyd etdi ki, Facebookda bu mövzuda yazıb, müzakirələr açılıb: “Mən yazmışam ki, insanlar bir-birinə qarşı amansız olub, qəddarlaşıb, qəzəb və kin kükrəyir, sevgi tamam yoxa çıxıb. Hərə də hirsini bir cür çıxarır. Burada pandemiyanın da rolu var. İnsanlar karantin günlərində evdə qalmaqdan pessimistləşiblər, dünyanın gələcəyi ilə bağlı bədbinliyə qapılıblar, psixoloji təbəddülatlar var”.

R.Məcid hesab edir ki, insanlar içindəki qəzəbi ətrafa yönəldir, hamını günahkar çıxarmağa çalışır: “Bu da çox pis vəziyyətdir, adam kədərlənir. Bura torpaq itkisi, Şuşa ilə bağlı ağrılar da daxildir, insanlar özlərini məğlub hiss edirlər. Cəmiyyətdə bir ümidsizlik yaranır”.

Psixoloq Azad İsazadənin qəzetimizə bildirdiyinə görə, ümumiyyətlə, pandemiyadan öncə də dünyada aqressiyanın çoxaldığını qeyd edirdik. Onun sözlərinə görə, dünyada dinc nöqtələr az idi, müharibələr, terror, bir-birinə hücum etmək varı idi.

Azad İsazadə: “Uşaqların internetdən istifadəsi nəzarət altında ...

Azad İsazadə: “Pandemiyadan öncə də dünyada aqressiyanın çoxaldığını qeyd edirdik”

A.İsazadə pandemiya dövründə ailədaxili zorakılığın artdığını vurğuladı: “İnsanlar çölə çıxaraq aqressiyanı boşaldırdısa, karantin dövründə o, hirsini evdən çıxmağa başladı. İndi nisbətən karantin yumşalıb, şəhərdə gülən, danışan adamlar görürük. İstər-istəməz ev dustaqlığından çıxıblar, hava yaxşıdır, fiziki işlə məşğul olurlar, bütün bunlar aqressiyanı azalda bilir. Amma ümumi gərginlik qalır”.

Psixoloq hesab edir ki, bu mənzərə tək Azərbaycanla bağlı deyil: “Hər ölkənin problemi var, hərəsində aqressiyanın artmasının səbəbləri fərqlidir. Hansısa ölkədə maddi şərait, hansındasa siyasi böhran, bir başqasında yoxsulluq təsir edir. Azərbaycanın isə Qarabağ problemi var, Şuşa ilə bağlı baş verənləri insanlar ağrı ilə qarşılayır, əllərindən heç nə gəlmədiyi üçün emosional reaksiya verirlər, bu aqressiyanı bir-birinin üzərində nümayiş etdirirlər”.

 

Emil SALAMOĞLU




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir