C vitamininin daha faydalı olması üçün…

Baxış sayı: 1. 419

C vitamini soyuqdəymə zamanı daha faydalıdır, çünki, bu vitamin çatışmadıqda immunitet sistemi zəifləyir və nəticədə, bir çox xəstəliklər meydana çıxır. Xüsusilə də, fəsil dəyişikliyi zamanı xroniki yorğunluğun müalicəsində C vitamini əhəmiyyətli rola malikdir. Başda sitrus meyvələri olmaqla pomidor, cəfəri, çiyələk, böyürtkən, kələm və başqa meyvə-tərəvəzlər C vitamini ilə zəngindir. Bəs C vitamini çatışmazlığı hansı fəsadlara səbəb olur? İlk növbədə deyək ki, bunlar əsasən əzələ-oynaq ağrıları, yorğunluq, keyləşmə, diş ətində şişkinlik (və ya qanama), dərialtı qanaxma, təngnəfəslik, sümük kövrəkliyi və s.-dir. Bir şeyi də unutmaq olmaz ki, bu vitamin hava ilə təmasda olduqda təsirini itirir, su ilə “təmasda olduqda” isə əriyir. Digər tərəfdən, C vitaminli qidaları dondurucuda 2 aydan çox saxlamaq məsləhət deyil. Günəş şüasında qurudulmuş badımcan, pomidor kimi tərəvəzlərdə də C vitamini itkisi ola bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir