canta

Çanta alarkən nələrə diqqət etmək lazımdır?

Baxış sayı: 2. 101

İş qadınlarının və ev xanımlarının üstünlüyü daha çox içinə hər şeyi sığışdıra biləcəyi çantalar olur. Hündürdaban ayaqqablarla isə kiçik çantalara üstünlük verirlər. Çanta seçdiyiniz zaman mütləq özünüzə bu sualı verin: “Çanta alarkən nələrədiqqət etməliyəm?”

Çanta ölçüləri

İlk öncə alacağınız çantanın ölçüsü sizin üçün rahat olub-olmadığına diqqət etməlisiniz. Ehtiyacınız olan hər şeyi çantanıza sığışdıra bilməlisiniz. Qadınlar yetkinləşdikcə çantaları da onlarla birlikdə böyüyür. Çanta ölçüləri geyiminiz və gedəcəyiniz məkanlarla əlaqəsi olmalıdır. Toya getdiyimiz zaman özümüzlə yeke çanta götürmərik, elə deyil?

Çantanın “bölmə”ləri

Qadınlar adətən çantalarında axtardıqlarını asan tapa bilmirlər. Həm çantalarına çox şey qoyduqları üçün, həm də çantalarındakı “bölmə”lər yetərsiz olduğu üçün ev açarını tapmaq qadınların xeyli zamanını alır.
Əgər dağınıq çantaya sahibsinizsə, çoxlu bölmələri olan çantalar istifadə edin və əşyalarınızı çantanın “bölmə”lərinə yerləşdirin. Bu zaman telefonunuz zəng etdiyi zaman asanlıqla tapa biləcəksiniz

Çanta materialı

Çanta seçdiyiniz zaman diqqət etməniz lazım olan nüanslardan biri də materialdır. Daha keyfiyyətli materialı olan çantanı daha uzun müddət istifadə etmək mümkündür. Parça çantaları yaz və ya yay aylarında istifadəsi idealdır. Tez çirklənməyinə baxmayaraq qolunuza yapışıb sizi tərlətməyəcək.

Çantanın rəngi

Çantanızın rəngi də təbii ki, çox önəmlidir. Əgər daha çox istifadə etmək istədiyiniz çanta istəyirsinizsə, qarderobunuzda hansı rəngin üstünlük təşkil etdiyinə fikir verərək seçim edin. Narıncı, çəhrayı və ya yaşıl kimi rənglərdə olan çantalar bəzi kombinlərinizi zənginləşdirsə də gündəlik istifadəsi mümkün deyil. Gündəlik istifadə üçün isə bej, boz və ya qara rənglərə üstünlük verin.

Çanta alarkən nələrə diqqət etməlisiniz?

Stilinizə uyğun olmayan parçaları bəyənə bilərsiniz, ancaq onlar gündəlik istifadə üçün uyğun olmayacaq. Buna görə də geyimlərinizə uyğun olan çantaya üstünlük verin. İş üçün isə daha ciddi modelə üstünlük verin, həftə sonu cins və t-şört kombinlərinizlə isə əyləncəli modelləri seçin.
foxy.az




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir