caxir

Çaxır içmək doğurdanmı insana müsbət təsir edir?

Baxış sayı: 1. 744
Amerika alimləri belə bir qənaətə gəliblər ki, çaxır qadınları artıq çəkidən qoruyur. Sən demə, çaxırda çox sayda kalori olmasına baxmayaraq, ondan ağılla içmək qadın fiqurasını gözəlləşdirir. Alimlər son 13 il ərzində çaxırın qadın metabolizminə təsirini öyrənməyə çalışıblar.
Araşdırmalarda 19.220 amerikalı qadın iştirak edib. Çaxırdan ağılla istifadə edən qadınların çəkisi mineral su və hətta suya üstünlük verənlərdən fərqli olaraq  gec artır.  Alimlər hesab edir ki, alkoqolun tərkibində olan kalori digər maddələrdə olan kalorilərdən fərqli olaraq çəkiyə az təsir edir. Lakin bunun səbəbi hələlik aydınlaşdırılmayıb.
Belə bir ehtimal var: müntəzəm olaraq alkoqoldan istifadə edən insanın qaraciyəri maddələr mübadiləsi üçün əlavə fəallıq göstərir, artıq enerjini yağa yox, istiliyə çevirir.
13 il davam etmiş eksperiment gedişində araşdırmalarda iştirak etmiş qadınların 38 faizi içkiyə olan münasibətləri barədə danışıblar və öz çəkilərini qeyd ediblər. Eksperiment gedişində məlum olub ki, alkoqoldan qaçan qadınların çoxunun çəkisi artıb. Qadın fiqurasına daha yaxşı təsir edən isə qırmızı çaxır olub. Pivə və daha sərt içkilər isə çəkinin maksimum artmasına gətirib çıxarıb.
Lakin alimlər hesab edir ki, çaxırdan istifadə edərək  ölçünü gözləmək lazımdır. İfrat dərəcədə aludəçilik təkcə çəkiyə deyil, həm də sağlamlığa ziyandır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir