deniz

Çimərlik xəstəlikləri: təhlükələrdən özümüzü necə qoruyaq?

Baxış sayı: 1. 351

Dəniz yayın ən gözəl əyləncəsi olmaqla yanaşı, həm də təhlükə mənbəyidir. Söhbət təkcə suda boğulmaq riskindən deyil, həm də dəniz suyu və qumu vasitəsilə müxtəlif xəstəliklərə yoluxmaqdan gedir.
Məlum olduğu kimi, Azərbaycanda bəzi çimərliklərdə suyun çirklənmə səviyyəsi normadan yuxarıdır. Bu barədə aidiyyəti qurumlar tərəfindən xəbərdarlıq edilsə də, bəzi vətəndaşlar buna məhəl qoymur, nəticədə müxtəlif dəri və mədə-bağırsaq xəstəliklərinə yoluxmaq qaçılmaz olur.
s görən, hazırda hansı çimərliklərdə su və qum çirkli sayılır vəmin çirmərliklərdən istifadə edənlər nə kimi xəstəliklər tapa bilərlər?
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov açıqlamasında bildirdi ki, dəniz suyundan götürülən nümunələrin monitorinqinin nəticələrinə görə, Bakıda Səbayel rayonunun Şıx və Qaradağ rayonunun Sahil çimərlikləri yararsız hesab olunub: “Bundan başqa, Sumqayıt Baş Dövlət Sanitar həkiminin qəbul etdiyi qərar da qüvvədə qalır. Həmin qərara əsasən, Sumqayıt şəhəri ərazisində bütün çimərliklərin suyu insan orqanizmi üçün təhlükəli hesab edilir”.
Şöbə müdirinin sözlərinə görə, bu çimərliklərdə bakterioloji çirklənmə aşkar edilib vəbul edilmiş qərarlara əsasən, həmin çimərliklərdəniz suyundan istifadə qadağandır: “Digər çimərliklərdə vəziyyət normaldır və orada dəniz suyu standartlara cavab verir. Həmin çimərliklərdə dəniz suyunda bağırsaq çöpləri yoxdur və ya təhlükəli həddə deyil. Biz həmçinin dəniz qumunun da monitorinqini aparmışıq, bununla bağlı da hər hansı təhlükəli vəziyyət aşkarlanmayıb”.
Z.Kazımov çimərliklərdə təhlükə törədən çirklənmənin yaranma səbəblərini və onların aradan qaldırılması yollarını da açıqlayıb: “Dəniz suyunun çirklənməsinə səbəb çimərliklərin yaxınlığında yerləşən yaşayış məntəqələrindən dənizə çirkab, təsərrüfat-fekal suların axıdılmasıdır. Həmin çimərliklərin yararlı olması üçün ilk növbədə o ərazidə dəniz suyu təmiz olmalıdır. Bunun üçün isə orada tullantıların emal edilməsi üçün təmizləyici qurğular olmalıdır”.
Tibb elmləri doktoru Adil Qeybulla da mövzu ilə bağlı danışarkən bildirdi ki, vəndaşlar dövlət qurumlarının təhlükəli və çirkli hesab etdikləri çimərliklərdən istifadə etməlidirlər: “Bakı küləkli şəhərdir. Xəzərdə qabarma və çəkilmə prosesləri olduğu üçün dənizin özünün də təmizlənmə xüsusiyyəti var. Yəni ümumilikdə dənizdə hər hansı infeksiyaya yoluxma təhlükəsi yoxdur. Lakin dənizin hər hansı yerində axıdılan tullantı suları və sair müxtəlif xəstəliklər yarada bilər. Çimərlik üçün ayrılmış yerlərdə suyun kolititri və kolindeksi yoxlanılır. Bu da həmin ərazilərdə bağırsaq çöplərinin konsentrasiyasının müəyyən edilməsi üçündür. Kolititr və kolindeksin içməli su səviyyəsində olduğu yerlərdə bakterial yoluxma təhlükəsi olmur. Dənizin duzlu olması özü də antibakterial təsir göstərir, bakteriyaları öldürmə xüsusiyyəti var. Əsas odur ki, su epidemioloji parametrlər baxımından təmiz olsun və orada müxtəlif radioaktiv tullantılar olmasın. Onu da müvafiq strukturlar yoxlamalı və çimərlik üçün ayrılan yerlərin epidemioloji durumuna daim nəzarət etməlidirlər. Təəssüflər olsun ki, çimərliklərin böyük əksəriyyəti ayrı-ayrı şəxslər tərəfindən hasarlanıb, tam nəzarətdən çıxıb. Bu vəziyyətdə əhali çox əziyyət çəkir. Müvafiq strukturlar bunu araşdırmalıdırlar, şəxsi çimərliklər olan yerlərdə belə epidemioloji vəziyyətə nəzarət həyata keçirilməlidir. Həm bakterial çirklənmə dərəcəsi, həm də suyun müxtəlif tullantılarla çirklənmə dərəcəsinə nəzarət edilməlidir”.
A.Qeybulla onu da vurğuladı ki, insanlar özləri də qumu vənizi çirkləndirirlər, bu isə onların məniyyətindən qaynaqlanır: “İnsan əlindəki zibili dənizə atırsa, deməli, onun mədəni səviyyəsi o yerdədir. Bunun qarşısını almaq üçün cərimələr qoymaq, nələrsə təyin etmək olar. Ancaq şüurlu yanaşma olmasa, adekvat nəticə əldə olunmayacaq”.
Bakının kanalizasiya sularının dənizə axıdılmasına gəlincə, A.Qeybulla bildirdi ki, dünyanın hər yerində kanalizasiya sularını dənizə, okeana və sairə axıdırlar: “Ancaq söhbət onların son məhsul kimi təkrar istifadəsindən gedir. Həmin sular tam zərərsizləşdirilir. Çünki burada karantin infeksiyaların, vəba vibrionlarının təkrar suya qoşulması məsələsi ola bilər. Ona görə də kanalizasiya suyu ilə okeana və dənizə axıdılan sular mütləq zərərsizləşdirilməlidir. Azərbaycanda bunun necə həyata keçirilməsindən biz məlumatlı deyilik. Amma ümumilikdə kanalizasiya suları dünyanın hər yerində ikincili, üçüncülü proseslərə məruz qalır, hətta ondan müxtəlif məhsullar istehsal olunur. Həmin təmizləyici vasitə bizdə də təmin olunmalıdır”.
rgiz LİFTİYEVA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir