deniz

Çimərlik geyimini dəyişməmək uşaqlarda bu problemə səbəb olur

Baxış sayı: 898

Uşaqlarda tez-tez rast gəlinən xəstəliklərdən biri də sidik yolu infeksiyasıdır. Qız uşaqlarında hər yaşda, oğlanlarda isə daha çox ilk 3 yaşda rast gəlinir.

Bunu uşaq cərrahı, tibb üzrə fəlsəfə doktoru Toğrul Ömərov deyir.

Həkim qeyd edir ki, oğlanlarda bu problemə sünnətsiz dönəmdə daha çox rast gəlinir: “Faktdır ki, sünnət sidik yolu infeksiyasının yaranma riskini azaldır.

Dənizdən və ya hovuzdan çıxdıqdan sonra uşaqlarda çimərlik geyimlərinin dəyişdirilməməsi başda sidik yolu infeksiyası riskini artırmaqla yanaşı, digər bir çox xəstəliklərin də yaranmasına zəmin hazırlayır. Sudan çıxdıqdan sonra ən qısa müddətdə geyimin yenisi ilə dəyişdirilməsinin bu riskin qarşısını almaq üçün ən yaxşı yol olduğunu unutmayın”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir