deniz

Çimərlikdə yoluxmalardan necə qorunmalı?

Baxış sayı: 1. 157

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Mirsalam Qəmbərov APA-ya bildirib ki,  Sumqayıt, Qaradağ rayonu Sahil qəsəbəsi “Sahil” və Səbail rayonunun Şıx çimərliklərində zərərli maddələrin miqdarı normadan artıqdır. Bu səbəbdən qeyd olunan çimərliklərdən istifadə etmək məqsədəuyğun deyil.

Nazirlik hər il istifadəsi məqsədəuyğun olmayan çimərliklər haqda məlumat verir. Elə çimərliklərin özün də bu haqda məlumatlandırcı lövhələr vurulur. Lakin bəzi insanlar “qadağandır” işarəsinə məhəl qoymadan harada gəldi, çimirlər.

Respublikanın baş infeksionisti Cəlal İsayev bildirir ki, dəniz suyundan infeksiyalara yoluxmaq təhlükəsi elə böyük deyil. Çünki dəniz suyunun tərkibində infeksiyalar 1 saatdan artıq dənizdə qala bilmir: “Dəniz suyu duzlu olduğundan mikroblar buna tab gətirmir və məhv olur. Elə bakteriyalar da var ki, onlar dənizdə davamlılıq yaradır. Bundan başqa dəniz suyu özü-özünü tez-tez yeniləyə bilir. İstirahət mərkəzlərinin hovuzlarındakı su dəniz suyundan daha təhlükəlidir. Onlar da zamanında xlorlansa, elə böyük təhlükə daşımaz. Amma dənizdə virusların mövcud olduğu, yaxud dənizin çirkləndiyi vaxtlar həmin qısa zaman kəsiyində dəniz suyu ilə təmasda olsanız, infeksiyaya yoluxa bilərsiniz. Bundan başqa, dənizdə eyni anda minimum 20 nəfər çimir. Əgər onlardan biri natəmiz olarsa, o halda digər şəxsin infeksiyaya yoluxma ehtimalı yüksək olur”.

Dermatoloq Fərhad Qarayev ile ilgili görsel sonucu

Dermatoloq Fərhad Qarayevin sözlərinə görə, açıq dəri tipi olanlarda Günəş şüalarına qarşı tolerantlıq aşağı olur: “Dərimizdə melanin adlı piqment var. Melanin dərimizi Günəşin zərərli təsirindən qoruyur. Açıq dərili insanlar bu piqmentin miqdarı az olur deyə, onlar günəşlənərkən dəriləri qızarır. Onların dərisinin Günəşin şüalarına qarşı müqaviməti zəifdir. Bu da dəri xərçənginin yaranması ilə nəticələnə bilər. Qaralmağı daha çox qadınlar xoşlayır. Yayda çimərliyə gedən insanlara tövsiyə olunur ki, günorta 12-ə qədər, bir də axşam 5-dən sonra günün altına çıxsınlar. Qalan vaxtlarda kölgədə qalmağı üstünlük versinlər. Günəşlənərkən mütləq SPF tərkibli kremlərdən istifadə etsinlər. SPF-i 30-dan yuxarı olan istənilən keyfiyyətli krem günəşdən qorunmaq üçün kifayətdir. Onu da nəzərinizə almaq lazımdır ki, ən keyfiyyətli Günəşdən qoruyucu kremin belə təsir müddəti cəmi 2-3 saatdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir