cinayet

Cinayətkarlar nə üçün yenidən cinayət törədərlər?

Baxış sayı: 1. 542

Yenidən cinayət törətmə  keçmişdə cinayət törətmiş insanların  cəzalarını çəkdiyi halda təkrar cinayət törətmələridir.

Bu vəziyyət  fərqli ölkələrdəki cəza sistemlərinə görə fərqli şəkillərdə də mənalandırıla bilər. Məhkumların həbsxanadan azad olduqdan sonra yenidən cinayət törətmələrinə aid aparilan statistik tədqiqatlar mövcuddur. 2007-ci ildə aparılmış araşdırmaya görə günahkarların 16%-nin yenidən cinayət törədərək həbsxanalara qayıtdıqları məlumdur.

Səbəbləri:

Cinayətin  təkrarlanması cəza sistemləri üçün çox önəmli bir məsələdir, çünki insanın növbəti cinayətinin qarşısını almaq məqsədilə edilən tədbirləri özündə birləşdirir. Cəza sistemində yenidən cinayət törətmə hadisələrinə dair araşdırmalar aparılmışdır. Bu araşdırmalara görə insanın təkrar-təkrar cinayət törətməsinin arxasında şəxsi, sosioloji və iqtisadi problemlərin olduğu məlum olmuşdur:

1.Həbsxana ortamının insana etdiyi qanuna zidd davranışlara görə bir çıxış yolu göstərməməsi və ya cinayətkarın öz davranışlarını düzəltmək əvəzinə onları möhkəmləndirməyə çalışması. Məsələn, həbsxanalarda ruhi xəstəliklərin müalicəsi ilə əlaqədar vasitələrin kifayət qədər olmaması və məhkumların boş zamanlarda məşğuliyyətlərinə icazə verilməməsi02

2.Etdiyi cinayətlər sonrakı həyatında bir sənətə sahib olmasına əngəl olacağı üçün məhkumun həbsdə olduğu müddətdə pul qazanmaq və həbsdən azad olduqdan sonra özünə yeni bir həyat qurmasına kömək edəcək qabiliyyətlərin formalaşmamış olması

3.Həbsxanalarda məhkumların məruz qaldığı narkotik maddələrin və ya fiziki şiddətin onların davranışlarını daha da sərtləşdirməsi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir