hamile

Çində qeyri-adi olay – Qadın 17 aydır hamilədir

Baxış sayı: 1. 558

Çinin Xunan əyalətinin sakini Van Şi hamiləlik üzrə dünya rekordu vurub. Trend Çinin “People`s Daily” qəzetinə istinadən xəbər verir ki, xanımın hamiləliyi 17 aydır davam edir.

V.Şi 2015-ci ilin fevralında hamilə olub və həkimlərin proqnozuna görə uşaq noyabrın 15-da doğulmalı idi. Deyilən tarixdə dünyaya uşaq gətirmədiyindən qadın həkimlərin yanına hər 7-10 gündən bir baş çəkir. Hamiləliyin 14-cü ayında qadının qeysəriyyə əməliyyatı keçirmək istəyini rədd edən həkimlər deyiblər ki, uşaq hələ tam inkişaf etməyib.

Həkimlər qeyd edirlər ki, bəzi qadınlar hamiləliyin 13-cü ayında dünyaya uşaq gətirirlər, lakin 17 aylıq müddəti izah edə bilmirlər.

V.Şi hazırda özünü yaxşı hiss edir və 18-ci ayda əməliyyat keçirməyə hazırlaşır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir