qab

Çini qabları əldə yuyun, çünki… – QADINLARA MƏSLƏHƏTLƏR

Baxış sayı: 2. 178

Çini qablar

  • Çini qabları oddan uzaq tutun. Çünki od çinilərin “genişlənməsinə” və sınmasına səbəb olur.
  • Çini qabları soyuducunun buz yerinə qoya bilərsiniz, ancaq buz yerindən çıxardıqdan sonra bir qədər otaq temperaturunda saxlamalısınız.
  • Metal çəngəl və bıçaqlar çini qablarda iz qoya bilər.
  • Çinilərin üzərində qalan çay və qəhvə ləkələrini qab və ya diş tozu ilə təmizləyə bilərsiniz.
  • Çini qabları yuyarkən daha çox maye təmizlik maddələrindən istifadə edin. Çünki başqa təmizlik maddələri və tel çinilərinizə ziyan verə bilər.
  • Qurumuş yemək artıqları çinilərin naxışları zədələyə bilər. Buna görə də çini qabları yemək artıqları qurumadan yuyun.
  • Əgər çinilərinizin naxışları qızılı rəngdədirsə, qabyuyan maşın əvəzinə əlinizdə yuyun.
  • İstifadə etdiyiniz su çox kirəclidirsə, qab yuyarkən kirəcə qarşı tozdan istifadə edin.
  • Boşqab və fincanlarınızı üst-üstə qoyarkən aralarına nazik kağız yerləşdirin. Beləliklə, qablarınızı zədələnməkdən qorumuş olarsınız.

 

Büllur qablar

  • Büllur qablarınızı həmişə maye təmizlik maddələri ilə yuyun. Büllur qabları yuyarkən cızılmasın deyə əlinizdəki üzükləri çıxarın.
  • Ağız hissələri stəkanların ən nazik və ən həssas yerləridir. Buna görə də stəkanları ağzı üstə çevirməyin.
  • Büllurlarınızı şkafa qoyarkən qabların arasında məsafə saxlayın. Çünki büllurlar yüksək temperaturda genişlənirlər.

 

Gümüş qablar

  • Gümüş oksidləndiyi və qaraldığı üçün onu saxlamaq çətindir. Buna görə də gümüş qablardan tez-tez istifadə edin.
  • Gümüş qablarınızı saxlamaq üçün yastı və içi parçalı qutulara üstünlük verin. Beləliklə, onları toz və qaralmaya səbəb olan kükürd mənbələrindən də qorumuş olarsınız.
  • Gümüş qablar rəngini və parlaqlığını qorusun deyə pambıq parça ilə təmizləyin.
  • Gümüş qabları radiator kimi isti yerlərdən uzaq tutun.
  • Gümüş qabları parıldadarkən aşınmaya səbəb olmayan parçadan və ya təbii tükləri olan diş fırçasından istifadə edin.
  • Gümüş qabları qabyuyan maşını əvəzinə əldə yumağa üstünlük verin. Əgər bıçaqlarınızın ağzı paslanmaz poladdandırsa, digər gümüş qablarla birlikdə yumayınn. Çünki üzərində qara ləkələr əmələ gələ bilər.
  • Qabyuyan maşından istifadə etmək məcburiyyətində qalsanız, gümüş qablarınızı yemək dəstlərindən kənarda yerləşdirin və qurumamış maşından çıxarın.
  • Duz da gümüşün oksidləşməsinə səbəb olur.

 

Polad qablar

  • Polad dəstlərinizi ləkə əmələ gəlmədin deyə uzun müddət suda saxlamayın. Polad qablarınızı isti və köpüklü suda yuyun.
  • Əgər polad qablarınızı qabyuyan mşınında yuyacaqsınızsa, maye təmizlik maddələrindən istifadə edin.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir