cinsde-balaca-cib

Cins şalavarlardakı beşinci cib nə üçündür?

Baxış sayı: 2. 591

Hər kəs bilir ki, cinsdə sağ tərəfdə balaca cib var. Bunun təyinatı barəsində müxtəlif variantlar mövcuddur. 

Tarixə nəzər salsaq ilk dəfə balaca cib 1873-cü ildə Levi’s cinslərində tikilib. Düzdü o zaman bu cib beşinci deyil, sayca dördüncü olmuşdur. Arxa ciblərin sayı bir idi.

Beləliklə beşinci cib niyə lazım idi:

1. Saat üçün cib

O zamanlar kişilər saatları qolunda deyil cibdə gəzdirirdilər. Məhz buna görə də cinslərdə bu beşinci cib tikilməyə başlayıb.

2. Güllə saxlanılırdı

Kovboylar üçün (cins məhz onlar üçün ilk dəfə hazırlanmışdır) saatdan vacib güllə olub. Onlar silahdan çox istifadə etdikləri üçün bu cibdə ehtiyat güllələri saxlayırdılar.

3. Qızıl üçün

Bəziləri iddia edirlər ki, bu qızıl dövrünə təsadüf edir. Beləki, qızıl axtaranlar bu cibə tapdığı qiymətli metalı yığırlarmış.

4. Pul kisəsi əvəzi

O zamanlar insanlar daha çox qəpikdən istifadə edirdilər. Bu zaman beşinci cib pul kisəsini rahatlıqla əvəz edirdi.

5. Alışqan üçün cib

Bəlkə də hər bir kəsin Zippo markalı alışqanı olub. Məhz bu alışqanın bütün ölçülərinə uyğundur bu cib.

6. Ən maraqsız variant

Burada deyilir ki, bu cib ilk öncə işçilərin rahatlığı üçün yaradılmışdr. Burada xırda detalları, alətləri, mismar və sair saxlamaq olur.

(idol.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir