cins

Cins şalvarlar necə yuyulmalıdır?

Baxış sayı: 345

Cins şalvarları tez-tez yumaq tövsiyə olunmur. Təbii ki, gigiyena qaydaları nəzərə alınmalıdır, amma ən ideal yuyulma aralığı 5 – 10 dəfə geyildikdən sonradır.

Cins şalvarların rənginin solması qorxusu demək olar ki, bütün qadınlarda var. Əgər sizdə də belə bir qorxu varsa,  bir qabda sirkəli su hazırlayın və şalvarınızı həmin suda 1 saat saxlayın. Sonra isə qurutmaq üçün asın.

Image result for Cins şalvarlar

Paltaryuyan maşında yuyarkən tərs tərəfini çevirərək yumaq çox daha məntiqli və tövsiyə olunandır.

Cins şalvarlarınızı əlinizlə yumaq istədiyiniz zaman ən yaxşı dostunuz syuq su olacaq. Soyuq su ilə yaxşıca yuduqdan sonra hazırladığınız suyun içərisində 30 dəqiqə saxlayın. Sonra bol su  ilə durulayın və quruması üçün asın.

Cins şalvarları yuduqdan sonra suyunu sıxaraq çıxarmaq olduqca təhlükəli və gərəksiz bir prosesdir. Bu səbəbdən şalvarı rulon olacaq formada sarıyın və üzərinə möhkəm şəkildə basaraq suyun xaric olmasına kömək edin. Bu şəkildə şalvarınıza heç bir zərər

Paltaryuyan və ya qurudan maşın istifadə edirsinizsə, cins şalvarları yuyarkən və ya qurutduğunuz zaman qətiyyən yüksək temperaturdan istifadə etməyin. Bu həm rənginin solmasına, həm də şalvarın səthinə zərər verə bilər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir