zumrud haqverdiyeva

Cinsi həyat haqda maraqlı məqamlar – “SEANS VAXTI”

Baxış sayı: 629

Cinsi həyat – .İnsanın cinsi davranışı bioloji və təcrübi təsirlərin məhsuludur. Bioloji, psixoloji və sosial-mədəni elementlərin hər üçü fərdlərin sağlam cinsi həyat sürmələrində mühüm rol oynayır.

Seksuallıq ilk növbədə insanın özünü və öz bədənini tanıması ilə başlayır. Heç kim sevmədiyi cinsi davranışı yaşamamalı və ya davam etdirməməlidir. Hər iki tərəfin istəyi ilə həyata keçirilməlidir. Seksuallıq haqqında miflərə birlikdə danışmaqla qalib gəlmək lazımdır. Özünü ifadə etmə cütlük üçün ən uyğun və ümumi cinsi davranışı kəşf etməyə kömək edəcək.

SEKS

Sağlam cinsi həyat nədir?

Sağlam cinsi həyat, həyat yoldaşları arasında harmoniya və məmnunluğun yaşandığı, fiziki və ruhi sağlamlığın düşünüldüyü, ünsiyyətə açıq və qarşılıqlı hörmətə əsaslanan bir prosesdir. Həyat yoldaşları bir-birindən gözləntilərini bilməli, təzyiq göstərməməli, bir-birlərinin fikir və istəklərinə hörmətlə yanaşmalıdırlar. Cütlər də bir-biri ilə ünsiyyət qurmalı, arzuolunmaz hamiləlik və cinsi yolla keçən xəstəliklərə qarşı tədbir görməlidir.

seks

Cinsi əlaqədə olmağın, qorxusunun səbəbləri nələrdir və bunun qarşısını necə almaq olar?

Cinsi əlaqə qorxusunun altında yatan əsas səbəb seksuallıq haqqında yanlış inanclardır. Bunun xaricində insan hazır olmadan cinsi travma (təcavüz, zorlama,) və ya pis  təcrübələr də bu qorxuya səbəb ola bilər.

Kişilərdə cinsi əlaqə qorxusu çox vaxt uğursuzluq qorxusu ola bilər. Burada nəzərə alınması lazım olan ən mühüm məqam odur ki, cinsi həyat uğur deyildir. Cütlüklər arasında zövq mənbəyidir.

Cinsi əlaqə qorxusunun qarşısını almağın ən yaxşı yolu düzgün məlumatdır. Cinsi əlaqə qorxusunun həlli üçün zərurət yarandıqda səlahiyyətli şəxslərə müraciət edilməlidir. (psixiatr və ya psixoloq)

Seks

Cinsi həyatla bağlı bəzi yanlış yanaşmalar nələrdir?

1) Kişilərin qadınlardan daha çox cinsi əlaqəyə girdiyini söyləmək düzgün deyil. Kişi və qadın cinsi əlaqəni eyni dərəcədə düşünür və istəyir. Bu, hər iki tərəf üçün normal addımdır. Cinsi həyat insanın ehtiyaclarından biridir.

2) Evləndikdən sonra masturbasiya bitməli və ya azalmalı deyil. Kişilərin 85%-i, qadınların 45%-i evləndikdən sonra daha tez-tez mastürbasyon etdiklərini ortaya çıxıb. Masturbasiya  təbii bir fəaliyyətdir və utanmalısı fəaliyyət deyil.

3) Kişilər həmişə cinsi istəyə hazır  olmaya bilərlər. Kişilərin də cinsi əlaqə istəməmək, yorulmaq, kədərlənməmək, romantika və ya erotizm istəməmək hüququ var.

4) Cinsi həyatın sonrakı yaşda bitməsi fikri son dərəcə yanlışdır. Cinsi əlaqə cütlüklərin bir-birlərinə sevgilərini nümayiş etdirmələrinin ən yaxşı yollarından biridir. Bioloji səbəblərlə əlaqədar  cinsi əlaqənin müddəti azalsa da, cinsi əlaqədən məmnunluq dəyişmir. 60-80 yaş arası cütlüklərdə kişilərin 60%-i, qadınların 64%-i cinsi həyatından razıdır.

5) Seks təkcə kişilərin həzz aldığı və istədiyi bir şey deyil. Qadınların seksuallıq haqqında düşünməsi, cinsi əlaqə istəməsi və ondan həzz alması  təbii və normaldır.

6) Cinsi fantaziyalar utancverici, yanlış və ya əxlaqsız deyil. Həyat yoldaşlarının cinsi həyatlarını rəngləndirməyə, bir-birlərini daha yaxşı tanımağa və daha sağlam cinsi həyat sürmələrinə kömək edən zərərsiz və sağlam bir üsuldur.

7) Qadının cinsi əlaqə zamanı passiv olması, kişinin isə aktiv mövqedə olması inancı son dərəcə yanlışdır. Kişi və qadın hər iki rolu oynaya bilər və rollar zaman-zaman dəyişə bilər.

8) Hamiləlik dövründə və doğuşdan sonra qadınların cinsi istəyinin azaldığı və cinsi həyatının sona çatdığı inancı son dərəcə yanlışdır. Doğuşdan dərhal sonra hormonal dəyişikliklərə görə istəkdə azalma olsa da, bu vəziyyət qısamüddətli olur.

9) Cinsi əlaqənin keyfiyyəti cütlüklərin bir-birinə olan sevgisinin göstəricisi deyil. Bir-birini çox sevən cütlüklərin cinsi həyatı pis ola bilər. Bu tamamilə təbii olsa da,  düzəldilə bilən bir şeydir.

 

Zümrüd Haqverdiyeva

Special school məktəb tipli Reabilitasiya Mərkəzi psixoloqu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir