dondurma

Çiyələkli dondurmanı belə hazırlamısız?

Baxış sayı: 897

Yay aylarında havanın isti keçməsi dondurmaya olan təlabatı artırır. Təbii ki, əksəriyyət dondurmanı satın almağa üstünlük verir, ancaq şübhəsiz, dondurmanı ev şəraitində də hazırlaya bilərsiniz. “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında bu gün sizə çiyələkli dondurmanın hazırlanma qaydası haqda məlumat verəcəyik.

 

İçindəkilər

Qaymaq 1 stəkan (275ml)

Qatılaşdırılmış süd 1 banka

Çiyələkli krem şanti 1paket (icərisindəki 2 bağlamanın hamısı)

Çiyələk 250 qr

 

Hazırlanması:

Əvvəlcə çiyələkləri yaxşıca yuyub blenderdən keçiririk. Əzdiyimiz meyvəni soyuq qalması üçün soyuducuya qoyuruq. Sonra bir qab götürüb qaymağı əlavə edib bərkiyənə qədər qarışdırırıq və qatılaşdırılmış südü əlavə edib bir neçə dəqiqə çalırıq. Daha sonra krem şantini qatırıq bir az qarışdırıb əzilmiş çiyələkləri tökürük və məhsulları birlikdə bərkiyənə qədər qarışdırırıq. Dondurmanın artıq bərkidiyini hiss etdikdə qaba yığıb soyuducuya qoyuruq. 3-4 saat sonra soyuducudan çıxarıb qablara servis edə bilərsiz.

Onuda qeyd edək ki, məhsulu hazırlamaq üçün istifadə etdiyimiz qabı, qaymağı və mikserin başlıqlarını əvvəlcədən 20-25 dəqiqə soyuducuda saxlayırıq.

Hazırlayan hər kəsə nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir