cizgi filmi

Cizgi filmləri bizə hansı gizli mesajları verir?

Baxış sayı: 1. 574

Uşaq vaxtı, elə indi də izləməkdən doymadığımız cizgi filmlər var. Hansılar ki, baxanda nostalji yaşayırsan və darıxmadan izləyə bilirsən. Bu cizgi filmlərindən öyrəndiklərimiz də var. Bəlkə də, aramızda ağ atlı şahzadənin gəlib bizi qurtarmasını gözləməyimizin səbəbi budur. Gəlin görək, izlədiyimiz uşaqlıq cizgi filmlərinin arxasında gizli qalan mesajlar, mənalar nələrdir?

 

Sindirella ( Золушка )

Nağılı bir xatırlayaq, Sindirella tam şahzadələ rəqs etməyə başlamışkən saatın 12.00ə gəldiyini fərq edər və tələm-tələsik sarayı tərk edər. Şahzadə tam onu qollarına almışdı ki, bir anda xoşbəxtliyi sona çatar və bu ovsunlayıcı qadın əllərinin arasından çıxıb gedər. Əlbəttə nağılda bunun səbəbi Sindirellanın “təmizlikçi qız” halına dönmədən saraydan qaçmaq istəməsidir. Amma nağılı günümüzə uyğunlaşdırsaq, Sindirella şahzadəsini ovsunlamış olmanın rahatlığıyla gecəni sarayda keçirsəydi, sizcə ertəsi səhər şahzadə əlində ayaqqabı qapı qapı gəzərdimi? Bu nağılın ana fikridir.Bəzi şeyləri dadında hətta yarım buraxmaq, bir əlaqənin uzun nəfəsli və möhkəm olması üçün əhəmiyyətli ola bilər.

 

Pambıq Şahzadə ( Белоснежка )

Cücə olduqlarını bir dəqiqəliyinə unutsanız, Pambıq Şahzadənin yeddi yaxın kişi yoldaşı vardı. Onun davamlı yanında olan, istədiklərini dərhal yerinə yetirən, onun xoşbəxtliyi üçün çırpınan yeddi yaxın kişi yoldaş… Edilən araşdırmalara görə qadınların kişi yoldaşlarının çox olması həm özünə inamlarının artmasını, həm də daha ictimai olmalarını təmin edir. Bu nağılın ana fikri isə, kişi yoldaşlarınızın olması həm özünüzü daha etibarda və rahat hiss etmənizi təmin edər həm də həyata baxışınızı və duruşunuzu təsir edər. Əlbəttə sevgiliniz ilk başlarda bu vəziyyətdən çox xoşlanmaya bilər. Ancaq onları tanıdıqca, yalnız yoldaşlarınız olduqlarını və sizin üçün nə məna ifadə etdiklərini anlayacaq. Kim bilir bəlkə onlar da bir-biriləriylə çox yaxşı yoldaş olarlar amma sevgiliniz əsla unutmayacaq ki, tək deyilsiniz!

 

Dəniz qızı Ariel ( Ариэль русалочка )

Dənizlərdə azadca üzən gözəllər gözəli deniz qızı Ariel bir kişiyə aşiq olar. Üstəlik danışa bilməməsinə və dənizdə yaşayır olmasına baxmayaraq. Amma bu vəziyyət ona maneə törədə bilməz və eşqi üçün özünü sonsuza qədər susqunluğa məhkum edər və dəniz cadugərindən onu insana çevirməsini istəyər. Sizcə də bu nağıl bizlərə eşqin dilsiz olduğunu izah etmirmi? Bəzən bir baxış, bir toxunuş, quru bir “səni sevirəm”dən çox daha dərin mənalar ifadə edər. Çünki bədən diliniz, söyləmədiklərinizdən çox daha çoxunu ifadə edər.

 

Aladdin və Şahzadə Jasmin ( Аладдин и Жасмин )

Bu dünyadakı hər kəs kimi siz də çox xüsusisiniz və hər kəs kimi siz də sevilməyi və sevməyi haqq edirsiniz. Başqa sözlə əvvəlcə ağılınızdan “Mən bu insana layiq deyiləm” ya da “Mən sənin üçün çox yaxşıyam” kimi düşüncələri ağılınızdan çıxarın. Aladdin və Jasminin eşqini xatırlayın. Əgər Jasmin, Aladdin onunla ilk qarşılaşdığında, təvazökar bir rəftar içində olmasaydı, statusuyla qiymətləndirib “Sən kimsən ki mənimlə danışmağa cəsarət edirsən?” desəydi, sizcə belə bir nağıl ortaya çıxar bilərdimi? Bu nağılın ana fikri; insanlara qarşı ön mühakiməli olmayın və əgər xoşbəxtliyi tutmaq istəyirsinizsə, qürurunuzu bir kənara buraxın.

 

Gözəl və Çirkin- Belle ( Красавица и чудовище-Бель )

Ən gözəl nağıllardan biridir; Gözəl və Çirkin… Ancaq gerçək həyata döndüyümüzdə bir canavarı şahzadəyə çevirməyə çalışmaq bir az bihudə bir səy ola bilər. Bu hekayənin ana fikri; qarşınızdakı adamı olduğu kimi qəbul edib edə bilməyəcəyinizə baxmalısınız. Əlbəttə hər kəsin kiçik qüsurları ola bilər. Zaman içində bunlara həll tapmaq mümkündür. Amma canavardan şahzadə yaratmaq istəyirsinizsə, nağıllar diyarından bir az uzaqlaşma zamanınız gəlmiş deməkdir.

 

Rapunzel ( Рапунцель )

Yağış yağanda sizə çətir tutan, avtomobilinizin qapısını açan, su təsisatınız pozulduğunda təmir edən və bunları sizi çox tanımamasına baxmayaraq yalnız bir fincan qəhvənin xatirinə edən kişilərə son illərdə çox rast gələ bilmirik! Qadınların xəyallarını bəzəyən, özlərini əjdahalardan, pisliklərdən, qorxunc nəhənglərdən qoruyacaq bu qorxusuz qəhrəman, müasir şahzadəsindən yalnız bir az kömək gözləyəcək. Əlbəttə sizdən gözlənilən Rapunzel kimi saçlarınızı açıb, şahzadənizin yuxarı dırmaşmasına kömək etməniz deyil. Siz, ehtiyacı növunda onu can qulağıyla dinləməli, əl-ələ dünyadakı bütün pisliklərin və problemlərin öhdəsindən gələ biləcəyinizi ona hiss etdirməlisiniz. Bu cəsur şahzadə qalanını həll edəcək.

 

Yatan gözəl ( Спящая красавица )

Nağılların içində ən maraqlı və təsirli strategiyası olan şahzadə isə “Yatan Gözəl”. Bir qadın düşünün yalnız yataraq, kirpiyini belə tərpətmədən, yaraşıqlı bir şahzadəovsunlasın və sonsuza qədər xoşbəxt yaşasınlar. Unutmayın, kişilərin özlərini “qəhrəmanınız” kimi hiss etməyə ehtiyacları var. Əlbəttə siz bir çox şeyi özünüz həll edə bilərsiniz. Ancaq ona sizin üçün bir şeyləri həll etmə şansını verin. Heç olmasa sizə kömək etməyi təklif etdiyində “Mən həll edərəm” yerinə “çox sevinərəm” deməyi bacarın və qəhrəmanınızı bir öpüşlə mükafatlandırmağı laqeyd yanaşmayın!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir