heres-george-priors-weight-gain-after-drinking-10-cans-coca-cola-day-month

Coca-Cola-nın zərəri təsdiq olundu – FOTO

Baxış sayı: 1. 969
ABŞ-ın Los-Anceles şəhərində yaşayan 50 yaşlı Corc Prior hər gün 10 banka Coca-Cola içdiyi bir ay ərzində 15 kq kökəlib. Onun qarnı böyüməklə yanaşı, Corcun səhhətində ciddi problemlər yaranıb.
Hər gün 10 banka Coca-Cola-nın içilməsi nəticəsində Corcun orqanizmi əlavə olaraq 900 kalori və 250 qram şəkər “alıb”. Alimlərin hesablamaları onları şoka salıb: bir ay ərzində Corc Priorun orqanizminə 27000 kalori və təqribən 7,5 kq şəkər daxil olub.
İki övlad atası, eksperimentə başlayanadək tam sağlam olan Corc Prior deyir: “Ən bəlalısı odur ki, Coca-Cola-ya aludə olmağa başlamışam. Bu içkini içmək istəyirəm. Fəqət, hamını rasionlarına fikir verməyə çağırıram. Coca-Cola-nın tərkibindəki ifrat miqdarda şəkər orqanizmdə çox ciddi fəsadlar yaradır”.
Eksperiment başlayanadək çəkisi 76 kq olan Corc indi 88 kiloqramdır.
Onun qan təzyiqi də dəyişib. Əgər eksperimentədək tanometr 129/77 göstərirdisə, indi göstərici 145/90-dır.
“Bundan sonra belə eksperimentə əsla razılaşmaram. Coca-Cola içməyə dəyməz. Uşaqlara da süni şirələr və Coca-Cola vermək olmaz. Valideynlərin çoxu düşünür ki, qazlı, şirin sular neytraldır, meyvə şirələri isə xeyirdir. Yalandır. Belə içkilər uşaqlar üçün çox ziyanlıdır”, – Corc Prior deyib. (milli.az)
 
george-prior-experimento-coca-cola-5



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir