Çölyak xəstəliyinin əlamətləri və müalicəsi

Baxış sayı: 6. 162

Qarın ağrısı, qabarıqlıq və kilo ala bilməmək kimi  şikayətlərlə özünü büruzə verən  çölyak (seliakiya) xəstəliyi tez-tez müxtəlif xəstəliklərlə qarışdırılır. Buğda, arpa, çovdar və yulaf kimi taxıllarda olan qlüten zülalından uzaq dayanaraq qidalanmaq, çölyak xəstəliyinin tək müalicəsi olaraq bilinir.

Allergiya ömür boyu davam edər

Çölyak  xəstəliyi, həyat boyu davam edən bir qida allergiyası olaraq bilinməkdədir. Bədənin verdiyi reaksiya nəticəsində 12 barmaq bağırsaq quruluşu pozulmaqda və nazik bağırsağın xüsusilə başlanğıc qismi normal fəaliyyətini  itirir. Bu səbəbdən insanlar bu nöqtədə inkişafı lazım olan nazik bağırsaq  fəaliyyətlərindən məhrum qalır.

Bu əlamətlər varsa, siz də çölyak ola bilərsiniz

Çölyak  xəstəliyi fərqli yaşlarda yarana bilər.  Xəstəliyin çox yüngül irəliləməsi və fərqli narahatlıqlarla qarışdırılması diaqnozun irəli yaşlarda qoyulmasına səbəb ola bilər. Uşaqlıq dövründə ən çox rastlanan əlaməti böyümə geriliyidir.

Çölyak xəstəliyinin əlamətləri:

· Qarın bölgəsində önə doğru qabarıqlıq

· Yaşa görə kilo azlığı

· Əzələ zəifliyi və qansızlıq

· Qaz şikayətləri və nəcisdə anormallıq

· Qusma, halsızlıq və iştahsızlıq

· Ağız  boşluğunda afta

· Oynaq və sümük ağrıları

· Əsəbilik

· Dəridə qaşıntı və səpgilər  kimi əlamətlərlə özünü göstərir.

Çölyak  xəstəliyinin əlamətləri fərqli xəstəliklərlə qarışdırıla bilər. Doğru diaqnoz  qoyulması üçün bəzi xüsusi qan testləri, endoskopiya və alınan toxuma nümunələrinin patologiya tərəfindən araşdırılması lazımdır.

Yeməklərinizi ayırın

Çölyak xəstəliyinin tək müalicəsi qlütensiz pəhriz olaraq bilinməkdədir. Əgər qlütensiz qidalardan istifadə edərsinizsə xəstəliyin qarşısını almaq mümkündür. Burada əhəmiyyətli olan qlütenli və qlütensiz  qidaların yaxşı ayrılmasıdır. Qlüten daha çox buğda, arpa, çovdar və yulaf kimi taxıllarda olur. Ancaq indiki vaxtda hazır qida sektorunda  qlüten çox  istifadə edilir. Biskvitlərdə, hazır şorba, qlüten tərkibli saqqız və şokoladlar çölyak xəstələri üçün təhlükəlidir.

Hətta qadınların istifadə etdiyi bəzi kosmetik məhsullarının içində belə bu maddəyə rast gəlinir. Bunların yanında dərman, şampun, krem ​​kimi məhsullar qlüten  məzmunları səbəbiylə diqqətli istifadə edilməlidir. Çox yaxşı bir etiket oxucusu olunmalı, qidaların etiketləri mütləq oxunmalıdır. Xüsusilə evdə qlütenli və qlütensiz qidaların bir-birindən ayrı və uzaq saxlanması vacibdir. Yemək hazırlığı əsnasında qlütenli qidalara dəymiş  çəngəl, qaşıq, süzgəc, qab kimi vəsaitlər qətiliklə çölyaklı kəslərin qidalarına toxunmamalıdır. Bir ton qidada 2 qaşıq qlütenin belə təhlükəli ola biləcəyi unudulmamalıdır.

Bu qidalara üstünlük verin

Çölyak  xəstələri istifadə etdikləri hər qidanı yoxlamaq  məcburiyyətində qalır. Qlütensiz amma sağlam qidalanmaq bu xəstələr üçün əhəmiyyətlidir. Qarğıdalı, düyü, kartof, noxud, mərci , şabalıd,  lobya, qoz-fındıq kimi qidaları və bu qidalardan əldə edilən un və nişastalardan istifadə  etmək lazımdır. Qoz, fındıq kimi çərəzlər ilə əncir və kişmişi qida rasionundan çıxarmamalısınız. Bununla yanaşı  ev heyvanları və qırmızı et, bütün tərəvəz və meyvələr, paxlalıların  bütün növləri, yumurta, bal kimi qidaları rahatlıqla istifadə edə bilərsiniz. Buğda çörəyi yerinə qarğıdalı çörəyi yeyilməlidir. Alınan qarğıdalı çörəyinin tərkibində digər unların və maddlərin qarışdıra biləcəklərini rəhbər alaraq çörəyi özünüzün bişirməyiniz daha məsləhətlidir.
 
Diyetə riayət etməməyin nəticələri ağır ola bilər

Ən sıx görülən problem  bağırsaqlarda müşahidə edilir.  Bunlarla birlikdə halsızlıq, sümük əriməsi, sonsuzluqa və depressiyaya səbəb ola bilər. Müalicə edilməmiş çölyak xəstəliyi uzun dövrdə incə bağırsaq xərçəngi və lenfoma kimi xəstəliklərin meydana çıxma riskini də artırır. Uşaqlarda isə boy qısalığı, davranış problemləri və inkişaf geriliyinə səbəb ola bilər. Əgər pəhrizə riayət edərsinizsə, ömrünün sonuna qədər rahat, şikayətlənmədən yaşamaq mümkündür. Ancaq yenə də lazımlı müayinələrdən keçmək vacibdir.




1 şərh “Çölyak xəstəliyinin əlamətləri və müalicəsi

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir