COREK

Çörəyi soyuducuda saxlamaq təhlükəlidir?

Baxış sayı: 995

Tez bayatlaşmasın deyə çörəyi soyuducuya qoyursunuz? O zaman təqdim etdiyimiz bu yazını mütləq oxuyun.

Mütəxəssislər çörəyi soyuducuya qoymağın təhlükəli olduğunu söyləyir. Araşdırmalar göstərib ki, çörəyi soyuducuya qoyanda o, orqanizm üçün zərərli hala gəlir. Belə ki, soyuğun təsiri ilə çörəyin tərkibindəki karbohidrat molekulları kristallaşır. Bu da həm çörəyin qurumasına səbəb olur, həm də qida dəyərinin itməsinə gətirib çıxarır.

Mütəxəssislərin dediklərinə görə, çörəyi otaq temperaturunda 4 gün saxlamaq olar. Dörd gündən sonra onu yemək məsləhət deyil. Çörəyi mühafizə etməyə məcbursunuzsa, onu buzluğa qoyun. Buzluğa qoyulan çörək donur və karbohidrat molekullarının kristallaşması prosesi yavaşlayır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir