covid-19

COVID-19-a yoluxanlar niyə trombdan ölürlər? – ŞOK SƏBƏBLƏR

Baxış sayı: 560

Koronavirus infeksiyası olan xəstələr arasında trombozdan ölüm nisbəti olduqca yüksəkdir. Bu, belə xəstələrdə ümumiyyətlə immun neytrofil hüceyrələrinin həddindən artıq aktivliyinin qeydə alınması ilə izah olunur.

Bu barədə araşdırmaları İspaniyalı alimlər JAMA Cardiology jurnalında dərc olunan məqalədə bildiriblər.

Koronavirusa yoluxduqdan sonra infarkt keçirən xəstələrin koronar arteriyasından alınan laxtalanmış qan nümunələrini araşdırıblar. Bu nümunələrdə çox sayda neytrofil izi aşkar edilmişdir.

Layihə rəhbəri, Madrid Universiteti Xəstəxanasının kardioloqu Ana Blasco, koronavirus infeksiyasının ağır formasında virus və mikrobları öldürən neytrofil hüceyrə xaricindəki tələlərin (NEL) daha pis işləməyə başladığını bildirib.

Alimlərin fikrincə, bu problemin qarşısını almaq üçün bədəndə çox sayda neytrofil və ya NEL meydana gəlməsinin qarşısını almaq lazımdır. Alimlər ümid edirlər ki, yaxın gələcəkdə bu məlumatları doğrulayacaqlar və əldə edilmiş nəticələr koronavirus infeksiyasının ağır formaları olan xəstələri trombozdan qorumağa kömək edəcəkdir.

Qeyd edək ki, qanın damar daxilində və ya ürək boşluqlarında laxtalanması tromboz, bu zaman əmələ gələn qan laxtası isə tromb adlanır. Tromb orqanizmin limfa damarlarında da əmələ gələ bilir.

Trombun əmələ gəlməsinin əsas səbəbi qanın laxtalanma qabiliyyətinin artması və onun damar daxilində maye halında qalmasını təmin edən sistemin fəallığının azalmasıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir