Nevroloq Rima İbadova

Covid-19-un xroniki nevroloji problemlərə təsiri

Baxış sayı: 809

Dünyada və ölkəmizdə yayılmış koronovirus pandemiyası ilə bağlı sosial və həkimlik məsuliyyətimi anlayaraq son günlər çox eşitdiyim bir neçə sualı cavablandırmaq istərdim.

Onlardan birincisi – Koronavirus hansı nevroloji əlamətlərlə özünü büruzə verə və hansı nevroloji ağırlaşmalara səbəb ola bilər?

Bildiyimiz kimi, COVİD-19 mutasiyaya məruz qalmış koronavirusun adıdır. İmmun sistemi zəif olan insanlar xəstəliyi daha ağır keçirir, ağırlaşmalar yaranır. Xəstəliyin əsas əlamətləri yüksək temperatur, quru öskürək, halsızlıq, əzələ ağrıları, dad və qoxunun təhrifi, nəfəs çatışmazlığıdır. Nadir də olsa məlumatlarda bəzi hallarda COVİD-19 xəstələrində nevroloji əlamətlər və ya nevroloji ağırlaşmaların olduğu bildirilir. Daha çox Çin və ABŞ-da xəstələr üzərində aparılan araşdırmalara görə, insult, ensefalit, ataksiya, mielit, Gullian Bare sindromlu və s. COVİD xəstələri nin olduğu bildirilib. Koma ilə xəstəxanaya yatırılıb “akut nekrotizan ensefalopatiya” diaqanozu qoyulan xəstə də olub. JAMA Nevrologiya jurnalında Çində hospitalizasiya olunmuş xəsətlər üzərində bu istiqamətdə araşdırmaların nəticələri nəşr edilib. Araşdırmaya daxil edilmiş 214 xəstənin 78-də müxtəlif nevroloji simptomlar izlənib. Nevroloji əlamətləri ümumiləşdirsək, şiddətli gücsüzlük, dad və qoxu itkisi, trigeminal nevralgiya, əzələ və baş ağrıları, insult, ataksiya, meningit, ensefalit, koma və s. izlənən pasientlərin mövcudluğu görülüb.

Ən çox səsələnən digər sual xroniki nevroloji problemləri olan (məsələn, epilepsiya, miqren və s.) xəstəliyə yoluxarsa, müalicə dərmanlarının bir-biri ilə qarşılıqlı təsirə girib-girməməsi ilə bağlıdır.

Öncə onu vurğulamaq lazımdır ki, heç bir halda qəbul olunan dərmanları müalicə həkiminin nəzarəti və göstərişi olmadan dayandırmaq və ya dozasını dəyişmək tövsiyə edilmir. Bəzi dərmanlar ürəkdə QT intervalını uzadaraq kardiak disritmiya verə bilər. Bu dərmanların virusun müalicəsində tətbiq olunan dərmanlarla bərabər istifadə qaydasına həkim mütləq nəzarət etməli, dərmanların qarşılıqlı təsiri mütləq nəzərə alınmalıdır. Eyni zamanda hormonal və immunosupressiv dərmanların da verilməsi mütləq şəkildə diqqətlə nəzərdən keçirilməlidir.

İstənilən halda hər bir xəstəlikdə olduğu kimi koronovirusdan da ən gözəl müalicənin profilaktika, profilaktikanın isə özünütəcrid və gigiyena qaydalarına riayət etmək olduğunu unutmayaq.

Özününzün və doğmalarınızın sağlamlığına ciddi yanaşın.

Nevroloq Rima İbadova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir