Koranavirus vaksini

COVİD-19 vaksininin istifadəsinin qarşısında dayanan 3 şərt

Baxış sayı: 150

“Koronavirus peyvəndinin ilin sonunda bazara çıxarılması hədəfi ehtimaldır, dəqiq deyil. Çünki 3 şərt var”.

Bunu Oksford Universitetinin peyvənd hazırlığı qrupunun üzvü Sara Qilbert deyib.

BBC Radioya açıqlama verən Qilbert 3 şərti belə açıqlayıb: “Yüksək miqdarda peyvənd istehsalı, peyvəndin növbəti mərhələlərdə işə yaradığının müşahidəsi, tənzimləyicilərin təcili istifadə üçün sürətli lisenziya verməsi lazımdır. Çox sayda insanın peyvəndlənməyə başlanmasından əvvəl bu 3 şərtin hamısı gerçəkləşdirilməlidir”.

Qeyd edək ki, İngiltərənin “AstraZeneca” dərman şirkətinin istehsalçısı olan peyvənd ötən gün kliniki sınaqlarda müsbət nəticə vermişdi. Bu durum ilin sonuna qədər peyvəndin istifadəyə verilməsi iddialarını ağıla gətirmişdi.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir