Çox oturmaq xroniki xəstəliklərə səbəb olur

Baxış sayı: 1. 470
İnsanların çoxu oturaq həyat tərzi keçirir. Çox oturmağın isə sağlamlığa zərəri var, xərçəngdən tutmuş, qan dövranı problemlərinə qədər. Lakin bu problemlə mübarizə aparmaq asandır.
Mişel Baksterin əzələləri və oynaqlarında xroniki ağrılar var. Masası arxasında ayaq üstə işləmək onun ağrılarını azaldır. “Ayaq üstə durarkən mənim belimdə ağrı azalır. Bununla mən həm idman eləmiş oluram və qan dövranım yaxşı işləyir. Özümü yaxşı hiss edirəm.”
Bakster Vaşinqton şəhərindəki Corc Vaşinqton universitetində işləyir. “Mən belə daha çox iş görürəm. Mənə yerimdən durub idman eləmək lazım deyil, mən elə buradaca hərəkət edirəm” deyə, o bildirir.
Texnologiyanın inkişafı səbəbindən insanların daha çox oturaq hətay tərzi sürməsi səhiyyə ekspertlərinin narahatlığına səbəb olub. Araşdırmaların nəticələri göstərir ki, biz nə qədər çox otururuqsa, xərçəng, diabet, ürək-damar və qara ciyər xəstəlikləri kimi onlarla xroniki xəstəlik riksini artırırıq.
Yaşlı insanlar üçün oturduqları hər saat onlarda 50 faiz əlillik riskini artırır.Lakin yaşından asılı olmayaraq, çox oturmaq insan üçün ziyandır. Missuri Tibb Məktəbindən Homi Padiya: “6 saat oturmağın damarların funksiyasına necə təsir göstərdiyi bizi təəccübləndirdi.”
Humi Padiya oturduqda ayaqlarına qan axınının zəiflədiyini deyir. Uzun müddətdə bu, qan-damar xəstəliyinə yol aça bilər. 30 dəqiqə oturmaq metobolizmi 90 faiz azaldır. İnsanların həyatlarının çox vaxtını işdə keçirdikləri üçün buna sadə bir çarə var-ayağa qalxıb, yerimək. “Normal sürətlə 10 dəqiqə gəzmək min addıma bərabərdir ki, bu da damar disfunksiyasına kifayət edir.” deyə, o bildirir.
Missuri şatatında bir şirkət işçilərinə gəzmək üçün vaxt ayırıb və bu həm işçilər, həm də şirkətin işi üçün müsbət nəticələr verib.
Səhiyyə ekspertləri deyir ki, iş yerlərində tənzimlənən oturacaqlar və  tredmil, başqa sözlə qaçış trenojoru olmalıdır. Lakin bütün bunlarsız belə, ayağa qalxıb yerimək sağlamlığın açarıdır



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir