toy 1

Çox pul xərcləmədən necə möhtəşəm toy etmək olar?

Baxış sayı: 1. 092

Yeni trendlər, gözqamaşdıran dekorasiyalar, sosial şəbəkələrdəki şəkillər,  sevgi hekayələri…  Bütün bunlar gənc cütlüklərin toy xərclərini daha da artırmasına sürükləyir. Üstəlik ev, cer-cehiz hazırlıqlarının stressi də bir yana. Hələ böyüklərin kaprizləri….Toydan sonra bir də üzərinizə yığılan borclar…Bəs bütün bunları etmək vacibdirmi? Əlbəttə ki, yox. Siz də kiçik bir toy edərək əvvəl özünüzü sonra da ətrafınızı xoşbəxt edə bilərsiz.

Qısası, çox pul xərcləmədən də  möhtəşəm toy keçirmək mümkündür. Bunun üçün sizə bəzi ipucları təqdim edirik:

 

Toy siyahısını qısa tutun

Kiçik bir toy təşkil edəcəksinizsə,  ailənizi və ən yaxın dostlarınızı çağırmağınız kifayətdir. Bu da dəvətli siyahısının 90 faizinin olmayacağı mənasına gəlir. Çox adamı siyahınızdan çıxardığınız üçün insanlar da sizi anlayışla qarşılayacaq. Beləliklə, toylarda tanımadığınız insanlarla da danışmaq məcburiyyətində qalmayacaqsınız.

Özünüz dekorasiya edin

İnternetdə bəyəndiyiniz dekorasiya məhsullarını və ya Instagramda gördüyünüz  masa aranjemanı satın ala bilərsiniz. Qəşəng bir yemək masası və ya rəqs etmək üçün qəşəng dekorasiya təşkil etmək pulunuzun böyük bir hissəsini cibinizdə qoyacaq.

 

İstədiyiniz kimi geyinin


Ən yaxın dostlarınızla keçirəcəyiniz toyda qonaqların sizdən elə də böyük gözləntisi olmayacaq. Siz də, dostlarınız da istədiyinizi geyinə bilərsiniz.

 

İstədiyinizi edin

Möhtəşəm bir tort, xəyalınızdakı  çiçəklər, foto kabinə və mahnı siyahıları…Kiçik  toy etməyiniz bunların olmayacağı anlamına gəlmir. Toyunuza az adamların dəvət edilməsi xəyal etdiyiniz toya daha çox pul xərcləyəcəyinizə kömək edəcəkdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir