yat

Çox yatanlar tez ölür? – ARAŞDIRMA

Baxış sayı: 1. 490
Uorika Universitetində aparılan araşdırmaya əsasən, 8 saatdan çox yatan yetkin şəxslərin daha erkən ölmək riskləri daha çoxdur.
9 və daha çox saat yatmağı sevənlərin ölmək riski 7-8 saat yatanlara nisbətən 30% daha çoxdur. Bunu 10 il ərzində milyondan çox insanın yatmaq davranışını izləyən araşdırma nəticəsində Uorika Universitetinin elmi araşdırma işçiləri deyir.
6 saatdan az yatanlar da risk qrupuna düşürlər – onların da normal yatanlarla nisbətdə ölmə riski 12% daha çoxdur. Çox yatmağı sevənlər tez tez diabetə və depressiyaya tutulurlar, həmçinin ürək-damar sistemlərində tez-tez problemlər müşahidə olunur. Az yatmaq da ölümü tezləşdirən xəstəliklərə gətirib çıxarır.
Uorika Universitetinin professoru Franko Kappuççionun nəticəsinə görə, optimal yatmaq müddəti 7-8 saat olmalıdır. Həmçinin Massaçusets universitetinin professoru Dr. Ceykobsun araşdırmasında da ən uyğun yatmaq müddəti 7 saat kimi göstərilir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir