Çoxfunksiyalı oyuncaqlar uşağı zehni inkişafdan saxlayır – FOTOLAR

Baxış sayı: 1. 454
Azyaşlı övladı olan valideynləri ən çox düşündürən məsələlərdən biri də uşaqlarına doğru oyuncağı ala bilmək və onun zehni inkişafına yardımçı olmaqdır.
Ancaq bu mövzuda doğru bilinən yanlışlar uşaqların düzgün təbiryəsinə mane olur.
Uşaq psixoloqları oyuncaq alarkən bir neçə prinsipi nəzərə almanın vacib olduğunu bildiriblər.
Birincisi, əgər qohum və dostlardan övladınıza ehtiyacından da artıq oyuncaq hədiyyə gəlibsə, ona yenidən oyuncaq almayın. Çox oyuncağın olması uşağın oyuncağı ilə əlaqə qurmasına mane olur.
Əgər bahalı oyuncaqlara gücünüz çatmasa, bunu evinizdəki əşyalarla əvəz edin.  Məsələn, məxbəxdəki qazan onun üçün gəmi olsun. Bu, uşağın yaradıcılıq qabiliyyətini artırır.
Oyuncaq alacaqsınızsa, onun funksiyasız olmasına çalışın. Artıq olan hər düymə, işıq, hərəkət əslində, uşağın edəcəyi işi onun yerinə edir və bir müddət sonra oyuncaqla oynamaq yerinə uşaq oyuncağı “izləməyə” başlayır. Bu isə eynilə televiziya izləmək kimidir və uşağın zehni inkişafına heç bir təsir etmir.
Oyunun özü onsuz da diqqət, zəka kimi zehni funksiyaları artırar. Bu baxımdan “diqqəti artıran oyuncaq” anlayışı yoxdur.
DİQQƏT: Silah oyuncaq deyil!
Oğlan uşaqları gəlinciklərlə, qız uşaqları isə maşınlarla oynamaq istəyə bilər, bunda hər hansı bir qəribəlik və ya təhlükə yoxdur.
Bəzi valideynlər isə övladına çoxlu oyuncaq almaqdan özünü saxlaya bilmir. Bunu isə uşağın deyil, öz daxili ehtiyacını təmin etmək üçün etdiyini xatırlatmaq lazımdır. Öz əskikliklərini uşağa təqdim etmənin ona faydası deyil, zərəri toxunar.
Uşaqlar böyüklərin yarımçıq qalmış layihələrinin obyekti olmamalılar. “Mənim çəkdiyimi, övladım çəkməsin” düsturunun uşağa bir xeyiri toxunmaz.
Bəzi valideynlər isə uşağına çox vaxt ayıra bilməmək kimi günahını oyuncaqlarla yumağa çalışır.
Uşaq üçün ən gözəl oyuncaq ən bahalı oyuncaq deyil. Məsələn, xəmir, kağız, taxta parçası, plastik su şüşəsi onunçün çox gözəl oyuncaqlardır.
Nərgiz Liftiyeva












Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir