xarici diller

Çoxlu pul qazanmaq üçün öyrənməli olduğunuz beş xarici dil

Baxış sayı: 1. 687

Dünyanın məhşur jurnallarından biri olan “The Economist” ən çox pul qazandıran beş xarici dilin adlarını açıqlayıb. “The Ecomomist” jurnalında yayımlanan məqalədə ingilis dili xarici dil kimi götürülməyib, çünki məqalə ingilis dilindədir. Amma bu siyahıya ingilis dilini də əlavə edə bilərik.

İngilis dilindən sonra sizə iş dünyasında əlavə maaş gətirəcək  dillərin siyahısını təqdim edirik:

5. Ərəb dili

ereb

Ərəb ölkələri dünyanın ən zəngin cəmiyyətlərindən biri sayılır. Rəsmi dili ərəbcə olan ölkələrin illik gəliri 600 milyard dollardan çoxdur. Bu qədər böyük və artmaqda davam edən ərəb iş dünyasında xüsusilə, təhsil, maliyyə, jurnalistika və inşaat sektorlarında işçiyə tələb həddən artıqdır. Buna görə də ərəbcəni öyrənən bu fürsəti də dəyərləndirmiş olur.

4. Çin dili

cin

Çinin yaxşı iqtisadiyyata və maliyyəyə sahib olduğu hər kəs tərəfindən qəbul edilib. Beynəlxalq Valyuta Fondunun 2015-ci ildə açıqladığı statistikaya görə, ABŞ-ın 140 illik liderliyi başa çatıb: Artıq rəsmi olaraq Çin  dünyanın ən böyük iqtisadiyyatçısıdır. Bu açıqlamadan sonra edəcəyiniz tək şey çox çətin qavranılan Çin dili öyrənməkdir.

3. İspan dili

ispanca

İspaniya, Meksika, Çili və Kolumbiya kimi ana dili olaraq ispanca danışmasını  nəzərə almasaq, bu gün təkcə ABŞ-da təxminən altmış milyona yaxın ispan olduğunu və 2050 –ci ildə bunun yüz milyondan çox olacağını danmaq mümkünsüzdür. Bundan əlavə “The Economist”in məlumatlarına görə,  əgər ispan dilini bilsəniz, bu, sizə  ildə 1,5 % əlavə gəlir gətirəcək. Masaçusest Texnologiya İnstitutunun iqtisadiyyat üzrə professoru  Albert Saizin məlumatına görə işə illik 45 min dollar maaşla başlasanız, ispanca dil biliyiniz sayəsində 40 ilə 50 min dollar əlavə gəlir qazanacaqsınız.

2. Fransız dili

fransiz

Fransız dilinin  qazandırdığı əlavə gəliri açıqlamadan əvvəl onu qeyd edək ki, iqtisadiyyatına görə dünya beşliyinə daxil olan Fransa ilə yanaşı Kanada, Belçika və başqa bu kimi böyük maliyyəyə sahib olan ölkələrin də ana dillərindən biri fransız dilidir. “The Economist”dən verilən məlumata görə ikinci xarici dil olaraq fransızca bilməyiniz maaşınıza illik əlavəsi 2,3%-dir. Bu da illik 45000 dollarla başladığınız işinizin 2050-ci ildə sizə 75000 dollar əlavə gəlir olaraq geri qayıtmasıdır.

1. Alman dili

alman

İspan və Çin dili kimi daha çox insan tərəfindən istifadə edilən dillərin yanında alman dilinin  ilk sırada olmağı sizə təəccüblü gələ bilər. Həmin jurnalda Albert Saiz bu vəziyyəti Almaniyanın Avropanın enerji mərkəzi olması ilə bağlayır. Almaniyanın bu xüsusiyyəti onu pul cəhətdən digər dillərdən daha dəyərli vəziyyətə gətirir. Alman dilinin maaşınıza illik əlavəsi 3,8%-dir. Yəni, İspan dilinin 50 min dollar, fransız dilinin 75 min dollar qazandırdığı halda alman dili bilməyiniz sizə 125 min dollar olaraq geri qayıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir