cugundur

Çuğundurun əvəzedilməz SAĞLAMLIQ FAYDALARI

Baxış sayı: 146

Endokrinoloq, dietoloq Natalya Lazurenko çuğundurun qida rasionuna daxil edilməsinin sağlamlığa fayda verəcəyini bildirib. 

Mütəxəssis  “Moskva 24” telekanalına verdiyi müsahibədə bu məhsulunun qeyri-aşkar xüsusiyyətlərini açıqlayıb.

Mütəxəssis bildirib ki, betainin çox olması səbəbindən çuğundurun yarpağı və kökünün müntəzəm istifadəsi mərkəzi sinir sisteminin fəaliyyətini yaxşılaşdırır.

“Bu maddə sinir impulsunun bir neyrondan digərinə keçidini yaxşılaşdırır və bununla da şüura, fəaliyyətə və yeni materialın qavranılmasına müsbət təsir göstərir”, – Lazurenko deyib.

Endokrinoloqun sözlərinə görə, çuğundurun tərkibində bağırsaq mikroflorasını yaxşılaşdıran lif, orqanizmdə dəmirin sorulmasına kömək edən C vitamini və həzm sistemini normallaşdıran B vitaminləri var.

Lazurenko xatırladıb ki, təzə çuğundur ödqovucu təsirə malikdir və qaraciyəri təmizləməyə kömək edir, lakin bu məhsulu qaynadılmış və ya qabığı ilə bişmiş halda yemək olar. Tərkibində çox olan pektinə görə qabıq mədə-bağırsaq traktının fəaliyyətini yaxşılaşdırır və qəbizliyi aradan qaldırır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir