DEB

Dəbdə kəndsayağı romantika – FOTOLAR

Baxış sayı: 931

Tanınmış aktrisa Dakota Conson sadə və çox yönlü geyimlərin böyük pərəstişkarıdır. Ulduzun qarderobuna həm gündəlik, həm də iş görüşlərinə geyinə biləcəyi rahat geyimlər daxildir. Havanın hərarəti yüksəldikcə kino ulduzu da geyimdə rahatlığa və universallığa qaçır. Aktrisa hər çıxışında xatırladır ki, yaz əlbisəsi mütləq güllü və ya ağ olmalı deyil, ən az gül naxışları qədər effektli olan digər naxışlar da var və onlara nəzər salmağa dəyər.

Dama-dama donlar bu ilin trendləri arasında özü üçün sarsılmaz yer edib. Ənənəvi fransız naxışı harada olmağınızdan asılı olmayaraq dərhal bayram əhval-ruhiyyəsi yaradır. Xüsusilə xırda dama-dama donlar bu yayın arzulunan geyimləri reytinqinə daxildir.

Kənd romantikasını xatırladan bu naxışa Dakota Conson və bir çox məşhur modapərəstlər böyük məmnuniyyətlə üstünlük verir. Odur ki, Dakota Consondan ilham alın və alış-verişə gedin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir