kisi

Dəblə ayaqlaşan kişilər üçün – YENİ TRENDLƏR

Baxış sayı: 460

2021-ci ilin kişi modasında iddialı, fərqli və heyrətləndirici görünüşlər diqqət çəkir. Siz də hər detalı ilə göz oxşayan 2021 kişi moda trendlərini kəşf edə bilərsiniz.

 

 Sadəlik

Modanın vazkeçilməzi olan “sadəlik gözəllikdir” qaydası kişi modasında da yer alır. Düz kəsimlər, gözə çarpmayan rənglər və bədənə tam oturan stiller 2021-ci ilin kişi modasında əhəmiyyətli yer tutur. Risk almayan, amma bir o qədər də şıq duran sadə üslub: damğalı paltolar, dar kəsim köynəklər və rahat şalvarlarda özünü göstərir.

 

 Çanta Detalı

2021-ci ildə kişi stillərində çantalarla sıx rastlaşacağıq. Çarpaz taxılmış bel çantaları, asqılı çiyin çantaları və çamadan formalı böyük modellər qədər telefon qoymaq üçün istifadə olunan boyun asqılı çantalar da önə çıxan aksesuarlardan olacaq. İstər noutbuk, pul kisəssi, telefon kimi əşyalarınızı qoymaq üçün sezon modasını yaxalamaqk üçün bir neçə fərqli modeldə çanta əldə edə bilərsiniz.

 

 Plaş

Klassik, jilet kimi kəsimli, bədənə tam oturan və ingilis klassiki olan nazik paltolar hələ də vazkeçilməzdir. Amma onlara yeni bir forma gətirən, 90-cı illərin plaşlarına oxşar modellərdən 2021-ci ildə də mütləq əldə etməlisiniz. Demək olar ki, bütün üslublara uyğunlaşan yeni nəsil, bohem stili plaşlar bu il qara, krem rəngi kimi klassik rənglərdən, ya da mavi, yaşıl, sarı kimi iddialı rənələrdən də seçim edə bilərsiniz.

 

İddialı günəş eynəkləri

Aksesuar, bir üsluba çox dəyişiklik gətirə bilər. 2021-ci il kişi modasında da bu iş eynəklərin üzərinə düşür. İstər optik eynəklər retro, qalın sümük çərçivəli, böyük modellerlə dəyişdirin, istəsəniz də qış eynəyinə sahib olun. Bu il iddialı bir eynək, mütləq tərzinizin bir parçası olsun.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir