GEYIM

Dəblə bağlı etdiyimiz səhvlər

Baxış sayı: 153

Dəblə bağlı etdiyimiz bəzi səhvlər cazibədar görünmək istədiyimiz halda bizi daha pis vəziyyətə qoya bilər. Mütəxəssislər belə hallarla qarşılaşmamaq üçün bəzi şərtlərə əməl etməyi vacib sayırlar.

1) Hər hansı bir geyimi  almaq üçün daxil olduğunuz mağaza adətən sizi digər gayimləri almağa da razı salmağa çalışır. Bu zaman daha dəbli görünəcəyinizi iddia edirlər. Amma çalışın buna uymayasınız və bütün istədiklərinizi bir mağazadan alıb çıxmayasınız.

2) Uyumlu görünmək üçün çantanızdan tutmuş ayaqqabınıza qədər bütün geyimlərinizi eyni rəngdə almayın. Dəbli görünmək əvəzinə  geyiminizlə gözü yorarsınız.

3) Geniş ombalı xanımlar yuxarısı büzməli geyimlərdən imtina etməlidirlər.

4) Qabağı  açıq olan ayaqqabılardan çıxan barmaqlar hətta nə qədər gözəl və baxımlı olsalar belə, yenə də səliqəsiz görünməyinizə səbəb olar.

5) Gəlinlər, toy günü mütləq şəkildə ətəyi qabarıq olan gəlinlik geyinməlisiz deyə bir şərt yoxdur.

6) Əgər xüsusi bir səbəb yoxdursa, qaralmış dəriyə narıncı libas geyinərək rəngləri qarışdırmayın.

7) Sinəsi böyük olan xanımlar qolu nisbətən boş olan köynəklər geyinməklə daha da kök görünməkləri üçün şərait yaradarlar.

8) Bel və çanaq ölçüsü eyni olanlar daha gözəl bədən quruluşlu xanımlara bənzəmək üçün aşağı hissə üçün tünd, yuxarı hissəsi isə açıq rəngli geyimlərə üstünlük verməlidirlər. Beləcə bədən quruluşlarını daha da qabartmış olacaqlar.

9) Alış-veriş edərkən hisslərinizi cilovlayın. Nə üçün alış-veriş etdiyinizi kəşf edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir