87

Dəlixanaya salınan, ölkədən qovulan nəvələr

Baxış sayı: 1. 812

Həyat maraqlı sürprizlərlə doludur. Tarixin çərxini dəyişən sovet dövrünün rəhbərlərindən olan babalar və ulu babaların sonrakı nəsilinin taleyi necə olub?

“Gencaile.az” Qaziler.az-a istinadən tarixin gedişatında mühüm rol oynamış şəxslərin nəvə-nəticələri haqda məlumatı təqdim edir:
Kiçik Boris Yeltsin – Boris Yeltsinin nəvəsi

Kiçik Boris Yeltsin Rusiyanın ilk prezidentinin altı nəvəsindən ən məşhurudur. Qəribədir ki, bir neçə universitetdə, hətta ABŞ-ın Braunovski universitetində oxusa da ali təhsil diplomu ala bilməyib. Lakin məşhur nəvə təmtəraqlı həyat tərzini çox sevir: tez-tez dəyişən bahalı avtomobillər, gecə klubları, qızlar…

Bir neçə il əvvəl “gəzəyən“ həyat tərzini dəyişəcəyi haqda dostu ilə mübahisə etmiş və bütün bunlardan imtina etmişdir. İki il yarım serb model Tamara Laziçlə görüşmüş, lakin onların bu münasibəti toyla deyil, bu ilin fevralında ayrılıqla bitmişdir.
Kseniya Qorbaçova – Mixail Qorbaçovun nəvəsi

SSRİ-nin birinci və sonuncu prezidentinin nəvəsi heç vaxt siyasətlə maraqlanmamışdır. MDBMİ-ni beynəlxalq jurnalistika ixtisası üzrə bitirib.

Kseniya iki dəfə ailə həyatı qurub. 2008-ci ildə Aleksandra adlı qızı dünyaya gəlib.

Kris Evans-İosif Stalinin nəvəsi

İndi onun adı Kris Evans olsa da anadan olanda Olqa Peters idi. O, Svetlana Alliluyeva və Uilyam Petersin qısa müddətli nikahından doğulub. Svetlana “soyuq müharibə“nin ən qızğın vaxtında – 1966-ıcı ildə ABŞ-a gedərək siyasi sığınacaq istəmiş, ad və soyadını dəyişmişdi.

Kris (Olqa) 1973-cü ildə orada anadan olmuşdur. O, rus dilində danışmır və uzun müddət mənsub olduğu məşhur soyad haqqında məlumatsız olmuşdur. Qəribə xarici görünüşü ilə fərqlənən Kris Oreqonada yaşayır və ev əşyaları satan mağazanı idarə edir.

Tatyana Andropova – Yuri Andropovun nəvəsi

Tatyana – İqor Yuryeviç Andropovun qızıdır. İqor isə həmin baş katibin oğludur. Tatyana Moskva Dövlət Xoreoqrafiya Akademiyasında oxuyub, bir müddət Böyük Teatrda çalışıb. Sonra biznesmenə ərə gedərək ABŞ-a köçüb. O, Mayamidə yaşamış, xoreoqrafiyadan dərs demiş, orada rus baleti məktəbi açmaq arzusunda olmuşdur. Lakin Moskvaya geri qayıtmış, 2010-cu ildə uzun sürməyən ağır xəstəlikdən vəfat etmişdir.

Nina Xruşşova – Nikita Xruşşovun nəticəsi

Nina Xruşşova SSRİ-də anadan olmuş, burada böyümüş və ilk təhsilini almışdır. O, 1980-ci ildə Moskva Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Bir neçə ildən sonra Prinson Universitetində təhsil almaq üçün ora yollanmış, sonradan ABŞ-da qalmağa qərar vermiş və indiyə qədər orada yaşayır.

Andrey Brejnev – SSRİ baş katibi Leonid İliç Brejnevin nəvəsi

Andrey Yuryeviç belə demək mümkünsə, babasının yolu ilə gedib. Keçmiş sovet rəhbərlərinin xələfləri arasında bu nadir hadisə hesab edilir. 1998-ci ildən siyasətlə maraqlanır. Bu illər ərzində Andrey Brejnev Sverdlovsk və Tula vilayətlərinin qubernator, Moskvanın vitse- meri seçkilərində iştirak edib. Dövlət Dumasına seçkilərdə də bəxtini sınayıb. Lakin heç bir seçkidə lazımi səs faizi toplaya bilməyib.

Qalina Filippova – Leonid Brejnevin nəticəsi

Ancaq SSRİ-nin keçmiş liderinin nəticəsinin həyatı gətirməyib. Doğma anasının istəyi ilə 28 yaşında dəlixanaya düşüb. Özünün etirafına görə, onun içməyə başlaması təbii ki, anasının xoşuna gəlməyib. Qalinanı Kaşenkoya göndərdikdən sonra onu qeydiyyatdan və evdən, böyük və bahalı mirasdan payını almaq şansından məhrum ediblər. Klinikadan çıxdıqdan sonra bomja çevrilmiş, uzun müddət küçələrdə səfil həyatı yaşamışdır.

33 yaşında yenidən dəlixanaya düşmüşdür. Özünün dediyinə görə, bu dəfə həkimlərin ona yazığı gələrək klinikada yaşamağa icazə veriblər. O burada daha 7 il yaşayıb. Bu müddət ərzində nə doğma anası, nə də digər qohumları ona baş çəkməyiblər.

Vissarion Cuqaşvili – İosif Stalinin nəticəsi

Tbilisi kənd təsərrüfatı institutunu bitirən Vissarion 2000-ci ildə babası haqda “Yakov – Stalinin oğlu“ adlı film çəkib. 2002-ci ildə Vissarion öz evinin qarşısında hücuma məruz qalır. Naməlum şəxslər onu döyərək Gürcüstandan çıxıb getməsini tələb edirlər. 2003-cü ildə Nyu Yorka gedən Vissarion Amerikadan siyasi sığınacaq istəyir. Nano Caparidze ilə nikahdan İosif və Yakov adlı iki oğlu var.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir