demirovotu

Dəmrovotunun inanılmaz FAYDASI: 30 dəqiqə ərzində…

Baxış sayı: 979

Dəmrovotunun tərkibində “alkaloid” adlandırılan maddələr var. Bu maddələr insanın sinir sisteminin fəaliyyətini tormozlayır, arterial təzyiqi salır, həzm sistemində qıcıqlanma və iltihab yaradır.

“Gencaile.az” xəbər verir ki, bu bitkinin həddən artıq qəbulu güclü zəhərlənməyə səbəb ola bilər. Bu zaman insanda qusma, ishal, başgicəllənməsi, bayılma, hətta hallyusinasiyalar mümkündür. Bu səbəbdən daxilə bu bitkini yalnız həkimlə məsləhətləşdikdən sonra qəbul etmək olar.

Dəmrovotu yarasağaldan, iltihabəleyhinə, ağrısızlaşdıran, sidik- və ödqovucu təsir edir, bakteriyaları öldürür.

Qaraciyər və öd xəstəlikləri, mədə-bağırsaq sistemi, böyrək xəstəlikləri zamanı istifadə olunur. Müalicə üçün dəmrovotunun dəmləməsi istəfadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür və gün ərzində 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul olunur.

Mədə-bağırsaq xəstəliklərinin müalicəsində dəmrovotu çobanyastığı və dazı otu ilə qarışdırdıqda effekt daha da yaxşı olur. Qarışıqdan 1 xörək qaşığı götürüb 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, süzün və gündə 3 dəfə 1 xörək qaşığı olmaqla qəbul edin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir