GEYIM

Dəb tarixində səs-küy yaratmış geyimlər

Baxış sayı: 415

Hər il bahalı brendlər tərəfindən yaradılan dəb trendləri mağazaların vitrinlərini bəzəyir.  Dolayısilə alış-veriş etdiyimiz zaman istər-istəməz marağımızı çəkdiyi üçün bu moda cərəyanlarından biz də təsirlənirik.  Bu yazıda   dəb tarixində böyük səs-küy yaratmış dəyərli geyimlərdən bəhs edəcəyik.

ayaqqabi

Məşhur Dorotinin geyim dəsti

Elə bir qız yoxdur ki, ömründə bir dəfə də olsun, “Oz ölkəsinin sehrbazı” filminə baxıb oradakı Dorotinin qırmızı tuflisindən arzulamasın. Şayiələr gəzir ki, filmin çəkilişləri üçün 7 cüt ayaqqabı tikilib. Onlardan biri Vaşinqtondakı məşhur Amerika İncəsənət Muzeyində saxlanılır. Qalanları isə hərraca çıxarılıb. Bu yaxınlarda qırmızı tuflilərə naməlum bir kolleksiyaçı 666 min dollar verib.

Təəccüblü deyil ki, Dorotinin dama-dama donu da qırmızı tufliləri qədər sevilib. Bu paltar xüsusilə, Hellouin maskaradı üçün uyğundur. Paltar hərracda əsl dəyərindən dəfələrlə qat-qat baha qiymətə – yarım milyon dollara satılıb.

GELINLIK

Şahzadə Diananın geyimi

Şahzadə Diana “Edelstein Victor”-dan olan tünd göy məxmər paltarını Ağ evdə baş tutan təntənəli qəbul zamanı geyinmişdi. Zərifliyi ilə bütün xanımlara örnək olan şahzadənin bu libası 2013-ci ildə 360 000 dollara satılmışdı.

TOY

Qreys Kellinin gəlinlik geyimi

Məşhur Hollivud ulduzu Qreys Kelli və Monako knyazı Renyenin toyundan yarım əsrdən çox vaxt keçsə də, gəlinlik geyimi hələ də dizaynerlər və gəlinlər üçün stil ikonası olaraq qalır. Gəlinlik geyimi dünyanın ən bahalı gəlinliklərinin reytinqinə daxildir. Geyimin eskizini MGM kinostudiyasının rəssam-dizayneri Helen Rouz hazırlayıb.

 

“Abay” müsəlman geyimi

Məşhur İnglis modelyeri Debbi Vinghamın Dubayda  müsəlman qadınları üçün  dizayn etdiyi  ənənəvi “Abay” müsəlman geyimi bütün dünyada məşhur oldu. Həmin geyimin qiyməti təxminən  17,7 milyon dollardır. Gözəl qara kətan geyimin üzəri qızıl saplarla naxışlanmış və 2000 brilyantla bəzədilmişdir. Həmçinin paltarın yaradılmasında ağ, qara və ən nadir bahalı qırmızı brilyantlardan istifadə edilmişdir. “Abay” geyiminin təqdimatı Dubayda yerləşən  elit otellərdən birində keçirilmişdir.

 

“Kuala Lumpura bülbülü” adlı geyim

Dünyanın ən gözəl geyimlərindən biri  Malaziyalı dizayner Faiyzali Abdullah tərəfindən dizayn olunub. Deyilənlərə görə, bu paltarın qiyməti təxminən  30 milyon dollardır. Dəbdəbəli geyim tafta və ipəkdən tikilib və  751 brilyantla bəzədilib. Əsrarəngiz donu bəzəyən  ən böyük daşın çəkisi 70 karatdır. Dizayner işi olan bu  geyimə “Kuala Lumpura bülbülü” adı verilib. Paltar ilk dəfə 2009-cu ildə” STYLO Fashion GrandPix KL” festivalında insanlara  təqdim edildi.

Holi Berri

Holli Berrinin donu

Livanlı dizayner Elie Saabın məşhur aktrisa Holi Berri üçün yaratdığı paltar insanlar tərəfindən  böyük marağa səbəb oldu. Həmin açıq-saçıq geyimdə   qırmızı xalçaya çıxması ilə Holli Berri uzun müddət ərzində diqqət mərkəzində oldu. Qeyd edək ki, cazibədar aktrisa tünd qırmızı paltarı 2002-ci ildə “Oskar” mükafatlandırma gecəsində geyinmişdi.

 

 Kate Middltonun toy geyimi

Adətən məşhurların geyimlərinin xüsusilə qəşəng və qeyri-adi olması gözlənilir. Kate Middlton toy mərasimində geyindiyi bej rəngində gəlinlik  insanlar tərəfindən çox bəyənildi .Bu zərif  çiçəkli krujevalar ilə bəzədilən  gəlinlik paltarı  “Alexander McQueen” moda evinin yaradıcı direktoru Sarah Burton dizayn edib. Sadə və eyni zamanda gözəl olan gəlinlik paltarının 2,7 metrlik şleyfi var idi. Kate Middltonun gəlinliyi məhz Qreys Kellinin Monako Şahzadəsi  III Renye ilə evləndiyi zaman geyindiyi paltara əsasən dizayn edilmişdir.

GEYIM

 Kəpənəyin qanadlarına bənzər geyim

Moda dizayneri Luly Yangın şah əsəri sayılan və bir neçə mövsüm dəbdən düşməyən qeyimi   bütün dünyada məşhurlaşdı. Kəpənək qanadları şəklində olan  paltar bu günə qədər ən gözəl və dəbli geyimlərdən biri  hesab olunur.  Gəzərkən paltar,sanki  uçan bir kəpənəyin qanadlarının hərəkətlərini təqlid edir. Deyilənlərə görə, bu dizayner işi  ən bahalı ipəklərdən hazırlanıb.

 

 Merlin Monronun geyimi

Dünyada seçilən geyimlərdən bir neçəsi məhz Merlin Monroya aid olub. Bu dəyərli geyimlərdən biri  “Doğum günü” adlanırdı. Bu paltar dizayner Jean Luis tərəfindən 1952-ci ildə John F. Kennedinin ad günü üçün hazırlanmışdır. Şəffaf nazik parçadan hazırlanmış paltar  altı mindən çox kiçik brilyantlar ilə bəzədilib. Merlin Monronun bu geyiminin qiyməti təxminən 12 min dollar idi.O dövr üçün bu, inanılmaz bir məbləğ idi. Lakin Prezidenti təəccübləndirmək üçün Merlin həmin paltarı şifariş etdi.  Jean Luisin  şah əsəri olan həmin paltar 1999-cu ildə  “Gotta Have It”şirkəti tərəfindən 1 milyon dollara alındı. Modelyerlərin fikrincə, bu paltar onların  ödədiyi məbləğdən daha bahadır.

Merilin Monronun 60 il bundan əvvəl filmdə geyindiyi, küləkdə qalxan əfsanəvi ağ donu isə  2011-ci ildə 5.6 milyon dollara satılıb. Bu, hərrac tarixində indiyədək görünməmiş hadisə sayılır.

DON

Odri Hepberninin qara donu

Gözəlliyi ilə dillərə dastan olan Odri Hepbernin “Tiffanidə səhər yeməyi” filmdə geyindiyi “Givenchy”-dən olan qara donu 2006-cı ildə bir milyon dollara satılıb.

 

Debbi  Vinghamın misilsiz  şah əsəri

Məşhur modelyer və dizaynerin  başqa bir dahiyanə əsəri  dünyanın ən gözəl və cazibədar geyimlərindən biri adlandırıldı. Dizayner bu paltarı yaratmaq üçün təxminən altı ay vaxt sərf etdi. Qeyd edək ki, paltarın ümumi çəkisi 14 kiloqramdır. Dizayner işi olan bu dəyərli geyim  5 karatdan çox olan 50 qara almaz və bir çox digər qiymətli daşlar ilə bəzədilib. Deyilənlərə görə, həmin  geyimin qiyməti təxminən  5.5 milyon dollardır.

 

 Naomi Vatsun parlaq geyimi

Naomi Vats üçün “Armani Prive”moda evi tərəfindən dizayn edilən bu paltar tarixə düşən  ən gözəl və bahalı paltarlar siyahısına daxildir. Qeyd edək ki, bu paltarın yaradılması təxminən  2 aydan çox çəkdi. Qaradərili məşhur model həmin paltarı “Oskar” mükafatı mərasimində  geyinmişdi. Gözəlliyi ilə  göz qamaşdıran ulduz o gecə diqqət mərkəzində idi. Yeri gəlmişkən, Naomi Vatsun  bu möhtəşəm paltarı məşhur  “Neil Lane ” brilyantları ilə bəzədilib.

 

 Olivia Vayldın göz qamaşdıran geyimi

Amerikalı kino ulduzu Olivia Vayldın qarderobu dünyanın ən gözəl və bahalı geyimlərindən ibarətdir. Lakin onun 2011-ci ildə “Oskar” mükafatında geyindiyi paltar “ən gözəl  geyim” adına layiq görülmüşdü. Boz və qara çalarlarda hazırlanan  paltar gümüş zərlər ilə bəzədilmişdi.

 

Lupita Nyong’onun  libası

2015-ci ildə qaradərili aktrisa Lupita Nyong’onun libası hələ də yaddaşlarda qalıb. “Calvin Klein Evi” tərəfindən hazırlanan bu libas təxminən  6 mindən çox incidən toxunmuşdur.

 

Samirə Tağıyeva

geyim 1

geyim 3

geyim 2




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir