ayaqqabi

Dəbin hansı qaydalarını pozsanız heç bir şey itirməzsiniz?

Baxış sayı: 1. 411

Hər birimizin özünəməxsusuluğu ilə seçilən tərzi var. Amma çox vaxt tərz sahibliyimizi göstərmək əvəzinə, onu qayadalara həbs edirik. “Qaydalar onları pozmaq üçündür” prinsipi moda da keçərli olduğu üçün tərzinizi rahatlıqla vurğulaya bilərsiniz. Bəs dəbin hansı qaydalarını pozsanız heç bir şey itirməzsiniz? Tərzinizin xarakterinizə yansımadığından şikayətçisinizsə əzbər bildiyiniz o dəb qayda- qanunlarını yenidən gözdən keçirtməyə nə deyirsiniz? Sizin üçün hazırladığımızın yazının davamını oxusanız, moda qanunlarını pozsanız da, dəbli və tərzli olacaqsınız.

 

Çanta və ayaqqabı eyni rəng olmalı

Uzun illər çanta, ayaqqabı, kəmər və digər aksesuarlar bir-birinə uymalıdır deyə öyrəndik. Amma o qədər rəng varkən, niyə eyni rəngə həbs edək “look”umuzu? Camel rəngində ayaqqabı geyindiyiniz gün sevdiyiniz qara çantanızı da ürəkrahatlığı ilə götürə bilərsiniz.

 

Bəzəkli parçalar bir-birilə dəstləşdirilməz

Bəzəkli paltar geyinmək ən əyləncəli tərəfi fərqli bəzəkləri qarışdırmaqdır. Həm də bu “mix” sizin yaradıcılığınızı da tərzinizə yansıdacaq.

 

Hündürdabanlı ayaqqabılar xanımların əvəzedilməzidir

İş görüşünə, rəsmi görüşə, vacib bir ziyafətə gedərkən qarderobumuzdakı ən hündürdabanlı stilettomuzu geyinməyə üstünıük veririk. Amma şıq görünmək ayaqqabının dabanından aslı deyil. Hündürdabanlılar yerinə istənilən vacib görüşə sadəcə şıq bir loafer, oxford ya da bu il məşhurluğunu yenidən qazanan zərfi Chanel Slingback geyinə bilərsiniz.

 

Yaz və yayda qara geyinmək absurd

Qara günəş şüasını özünə çəkdiyi üçün isti günlərdə ən arzuolunan rəng olmadığı həqiqətdir. Amma il boyu qara geyinirsənizsə və yaz-yay mövsümlərində sırf qaydalara görə istisna edirsinizsə, tərzinizdən qurban verirsiniz deməkdir. Qara geyinə bilərsiniz amma tərlədən sintetik materiallardan uzaq durmaq məsləhətlidir.

 

Burnu açıq ayaqqabılarla corab geyinmək olmaz

Sandal və ya corab sadəcə tursitlərə məxsus ikilidir. Son illərdə bir çox məşhur dizaynerlər burnu açıq ayaqqabılarla corabları dəstləşdirdilər. Zərif görüntü yaratmadığı məlum, amma düzgün şəkildə geyinildiyində gözoxşamaq mümkündür.

 

Ancaq arıqlar gözəl geyinə bilər

Geyimin ancaq arıq bədənlərə gözəl qaldığı fikri artıq köhnəlib. Nəyi necə geyinməyə qərar verən sizsiniz. Özünüzə əmin olduqda və geyindiyiniz geyimin içində özünüzü gözəl hiss etdiyinizdə əmin olun ki, sizi heç bir qayda saxlaya bilməz.

 

Qızıl və gümüş eyni anda istifadə edilməz

Metal aksesuar seçimi baxımından hər kəsin bir sevimlisi var: qızıl və ya gümüş. Amma bu iki metalı birlikdə istifadə etsəniz tərziniz daha da hərəkətli olacaq. Fərqli ölçülərdə zərif, incə zəncirli boyunbağıları birlikdə istifadə edə bilərsiniz.

 

Xətli geyimlər kök göstərir

İllərdir daha kök görünmək qorxusundan xətli geyimlərdən uzaq durmağınız çox səhv addımdır. İncə xətli, krujevalı köynəklə nə qədər zərif görünəcəyinizi təsəvvür belə edə bilməzsiniz.

 

Açıq rəngli corab geyinilməməli

Tünd rəng ayaq biləklərindən gözünüz yoruldu? Corablar da geyimimizin bir hissəsidir və əgər ağ, neon ya da ki, bəzəkli corabları sevirsinizsə onları geyinməməyiniz üçün heç bir səbəbiniz yoxdur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir