YUXU

Dəh­şət­li yu­xu­lar nə­dən xə­bər ve­rir?

Baxış sayı: 1. 309

Hə­yat­da ən çox qorx­du­ğu­muz, üz­ləş­mək is­tə­mə­di­yi­miz ha­di­sə­lə­rin yu­xu­la­rı­mı­za gir­di­yi an­lar olur. Qə­dim za­man­lar­dan yu­xu­la­rın ma­hiy­yə­ti in­san­la­rı dü­şün­dü­rüb və on­la­ra müx­tə­lif mis­tik, el­mi izah­lar ve­ri­lib. İn­di­nin özün­də də, çox vaxt yu­xu­lar gə­lə­cək­dən xə­bər ve­rən ön­cə­gör­mə­lər ki­mi qə­bul olu­nur. Psi­xo­loq­lar­sa qor­xu­lu yu­xu­la­rı in­san­la­rın düş­dü­yü stress və­ziy­yə­ti, çə­tin­lik, çək­dik­lə­ri dərd, əziy­yət­lə bağ­la­yır­lar.

İn­san­lar yu­xu­la­ra o qə­dər bö­yük önəm ve­rib ki, bu gün də sə­hər ya­taq­dan qal­xan ki­mi ai­lə üzv­lə­ri na­ra­hat bir yu­xu gö­rüb­lər­sə, bu­nu bir-bi­ri­nə da­nı­şır, yoz­ma­ğa ça­lı­şır­lar. İn­ter­net­də gör­dük­lə­ri yu­xu­nun mə­na­sı­nı ax­ta­rır­lar.

Psi­xo­loq Və­fa Rə­şi­do­va bil­di­rir ki, in­san na­ra­hat odu­ğu hal­da qor­xu­lu yu­xu­lar gör­mə­yə baş­la­yır: “Bir mə­sə­lə, möv­zu, iş, hə­ya­tın­da baş ve­rən han­sı­sa ha­di­sə haq­qın­da na­ra­hat­dır­sa, baş­la­yır ona uy­ğun na­ra­hat olan yu­xu­lar gör­mə­yə. Mə­sə­lən, mən bu gün ən ya­xın dos­tum­la da­laş­mı­şam­sa və ya­xud işim­də prob­lem­lər olub­sa, əl­bət­tə, ya­tan­da ra­hat yu­xu gör­mə­yə­cə­yəm. Əgər mən gə­lib bu haq­da dü­şün­mü­şəm, əsəb­ləş­mi­şəm­sə, bir az fi­kir­lə­rim da­ğı­nıq­dır­sa, tə­bii ki, yu­xum da na­ra­hat ola­caq. Xü­su­si­lə də, o möv­zu ilə bağ­lı in­san na­ra­hat yu­xu­lar gör­mə­yə baş­la­ya­caq. Çün­ki onun şüu­ral­tı­sı bu möv­zu ilə da­la­şır, vu­ru­şur. İn­sa­nın bey­nin­də üz­ləş­di­yi çə­tin­lik­lə bağ­lı “Ne­cə edim?”, “Ne­cə ol­du ki, be­lə və­ziy­yə­tə düş­düm?” ki­mi dü­şün­cə­lə­ri var. Fi­kir­li olan­da in­san ra­hat ya­ta da bil­mir”.

Rə­şi­do­va qeyd edir ki, in­sa­nın hə­ya­tı ra­hat olan­da, hər şe­yə gö­rə ar­xa­yın olan­da, hə­ya­tı yo­lun­da olan­da, bir prob­lem ya­şa­mır­sa, şüu­ral­tın­da sı­xın­tı­la­rı ol­mur: “Ra­hat ya­şa­yan in­san sa­kit və şi­rin yu­xu­lar gö­rür. Gö­zəl xə­ya­li bir yu­xu­lar gör­mə­yə baş­la­yır. Yu­xu­la­rın­da is­tə­di­yi yer­də olur, onun is­tə­di­yi hə­ya­tı olur. Yu­xu in­sa­nın ruh ha­lı ilə bağ­lı­dır”.

Yu­xu­la­rın gə­lə­cək haq­qın­da xə­bər ver­mə­si dü­şün­cə­si­nə gə­lin­cə, mü­sa­hi­bi­miz qeyd edib ki, in­san nə­yi dü­şü­nür­sə, onu da öz üzə­ri­nə çə­kir: “Mə­sə­lən, yu­xu­da gö­rü­rəm ki, bir ev və ya­xud ma­şın alı­ram. Bu, həm də mə­nim ar­zum­dur. Yu­xu­da da bu­nu gö­rü­rəm­sə, baş­la­yı­ram özü­mü bu­na inan­dır­ma­ğa ki, yu­xum­da da mə­nə agah olub ki, ev və ma­şın ala­ca­ğam. İn­san özü­nü bu­na o qə­dər inan­dı­rır və is­ti­qa­mət­lən­di­rir ki, nə­ti­cə­də is­tək­lə­ri hə­ya­ta ke­çir. Be­yin gü­cü ilə in­san bir ye­rə fo­kus­lan­dı­ğı za­man bu­nun bəh­rə­si­ni gö­rür. Nə­yi çox dü­şü­nü­rük­sə, onu da ya­şa­yı­rıq”.

Onun de­di­yi­nə gö­rə, psi­xo­lo­gi­ya­da yu­xu haq­qın­da çox az mə­lu­mat ve­ri­lib: “Yu­xu haq­qın­da möv­zu­lar hər za­man bir az dar olur. Frey­din nə­zə­riy­yə­si­nə əsas­lan­saq gö­rə­cə­yik ki, yu­xu in­san üçün ta­mam­lan­ma­mış bir ha­di­sə­dir. Əgər bir in­san nə­yi­sə ya­şa­maq is­tə­yib, am­ma ya­şa­ma­yıb­sa və ya­xud gə­lə­cək­də ya­şa­maq is­tə­yib­sə, bey­nin­də ta­mam­lan­ma­mış ha­di­sə var­sa, yu­xu­da bu­nun­la bağ­lı nə­lə­ri­sə gör­mə­yə baş­la­ya­caq. Hər kə­sin şüu­ral­tı­sı fərq­li­dir. Stress ya­şa­yan­da, gər­gin olan­da in­san qor­xu­lu yu­xu­lar gö­rür. Qız­dır­ma oduq­da, in­san hirs­li ol­duq­da qa­rı­şıq və dəh­şət­li yu­xu­lar gö­rə bi­lər. Ona gö­rə ki, bü­tün be­yin, vü­cud oyaq­dı, na­ra­hat­dır”.

Psi­xo­loq qeyd edir ki, düz­gün yu­xu re­ji­mi bi­zim üçün çox önəm­li­dir: “Elə adam­lar var ki, de­yir­lər ki, mən üç sa­at ya­tı­ram. İn­san sağ­lam ol­ma­ğı­nı is­tə­yir­sə, müt­ləq sək­kiz sa­at yat­ma­lı­dır. Ne­cə ki, in­san ye­mək ye­mə­sə, su iç­mə­sə ol­mur, elə­cə də, yu­xu­suz da sağ­lam, ener­ji­li, əh­val-ru­hi­yə­li ol­maq müm­kün de­yil. Yu­xu­suz­lu­ğun in­san psi­xo­lo­gi­ya­sın­da fə­sad­la­rı olur”.

Psi­xo­loq Ar­zu Qur­ba­no­va isə bil­di­rir ki, qor­xu­lu yu­xu­lar in­san­la­ra öz­lə­ri haq­da hə­qi­qə­ti öy­rən­mə­yə, çə­tin və­ziy­yət­dən çı­xış yo­lu tap­ma­ğa kö­mək edir: “Yu­xu­la­rın sirr­li alə­mi tam çö­zül­mə­yib. Am­ma in­san yu­xu­la­rı elə-be­lə gör­mür. Elə olur ki, in­san öz qor­xu­la­rı, hiss­lə­ri, ya­şa­dıq­la­rı haq­da hə­qi­qə­ti bi­lir, am­ma bu­nu özü­nə eti­raf et­mək­də çə­tin­lik çə­kir. İn­san şüu­ral­tı ola­raq ət­raf­da­kı­la­rın re­ak­si­ya­la­rın­dan ba­şı­na gə­lə­cək­lə­ri hiss edir və bu hiss­lər mü­əy­yən bir for­ma­da onun yu­xu­su­na gi­rir. Mə­sə­lən, bir nə­fə­ri iş­dən çı­xart­maq is­tə­yir­lər. Rəh­bər­lik bu haq­da ona heç nə de­mir. Bə­zi iş­çi­lər də ar­tıq bu­nu bi­lir. Be­lə mü­hit­də in­san şüu­ral­tı ola­raq in­san­la­rın dav­ra­nı­şı ilə bu haq­da in­for­ma­si­ya alır, am­ma bu­nu özü­nə eti­raf et­mək is­tə­mir. Çox vaxt in­san inan­maq is­tə­di­yi­nə ina­nır, ger­çək və­ziy­yət haq­qın­da fi­kir­lər­sə, yu­xu­ya tə­za­hür edir. Bu za­man qor­xu­lu, na­ra­hat yu­xu­lar o, ger­çək­lik­lə üz­lə­şə­nə qə­dər onu tə­qib edir. Çox vaxt ona gö­rə də in­san­lar de­yir ki, yu­xu­lar gə­lə­cək­dən xə­bər ve­rir”.

 

Ay­nu­rə MƏM­MƏ­DO­VA




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir