deniz

Dəniz mövsümünün ən yaxşı 10 filmi

Baxış sayı: 1. 427

Yay mövsümü filmlərlə daha da gözəldir. Fransız Rivierasının mavi sularından İtaliyanın cənub sahillərinə qədər keçən macəra dolu ən yaxşı 10 yay filmləriylə tətilinizi daha da maraqlı edin.

10. Call me by your name

Əgər evdə tətil xəyalları quraraq sıxılırsınızsa keçən yaya damğasını vuran Call Me By Your Name köməyinizə çatacaq. Luca Guadagninonun rejissoru olduğu, gənc istedad Timothée Chamaletnin məşhurlaşdığı filmdə hadisələr 1980-ci illərin İtalyasında cərəyan edir. İki gəncin romantizmini izləyərkən, Aralıq dənizinin sizi özünə çəkən atmosferinə qapılmamaq mümkünsüzdür.

9. Roman Holiday Audrey

Hepburn və Gregory Peckin baş rollarında oynadığı Roman Holiday əsl yay filmidir. Hollywood ikonası Hepburnə Oscar qazandıran ağ-qara film, həyatından bezmiş bir şəhzadənin Romada yaşadığı bir günlük macəradan bəhs edir.

8. The Talented Mr.Ripley

Matt Damon, Gwyneth Paltrow və Jude Lawı 1990-ci illərin sonunda bir araya gətirən The Talented Mr. Ripley əsl yay röyasıdır! Film, Tom Ripleyin qeyri-adi iş təklifini qəbul etməsi və İtaliyada unuda bilməyəcəyi yay keçirməsindən danışır. Əfsanə üçlüyün getdikcə möhkəmlənən dostluğunu izləyərkən Aralıq dənizinin mavi görüntülərində itə bilərsiniz.

7. Bonjour Tristesse

Fransız kinomatoqrafiyasının simvolik aktrisası Jean Sebergin baş rolda olduğu Bonjour Tristesse, 17 yaşındakı Cecelenin mükəmməl tətil keçirdiyi zaman həyatında ilk dəfə kədər ilə tanış olmasından danışır. Fransız Rivierasında hamını qısqandıran bir yay keçirən Cecile və atası Raymondun arasına Raymondun sevgililəri girəndə Cecilenin qüsursuz xoşbəxtliyinə kölgə düşür. Filmdə Oedipus mifini bir daha görürük.

6. La Piscine

Jacques Derayın 1969-cu ildə çəkdiyi La Piscine (Hovuz) filmi, Fransız kinomatoqrafiyasının ən təqdirəlayiq yay filmlərindən biridir. Alain Delon, Romy Schneider və Jane Birkinin baş rollarında çəkildiyi film, St-Tropez’de lyüks bir villada cərəyan edən qarışıq eşq hekayəsindən danışır. Unudulmaz hovuz səhnələriylə film tarixinə adını yazdıran La Piscine, çimərlik dəbinə hələ də ilham verir!

5. Vicky Cristina Barcelona

Məşhur rejissor Woody Allenin Scarlett Johansson, Penelope Cruz və Javier Bardemi kimi aktyorları topladığı Vicky Cristina Barcelona, İspaniyada iki sevgilisiylə tətildə olan bir rəssamın hekayəsindən bəhs edir. Eşq üçbucağı tutqu və qısqanclıqla daha qarışıq bir hal alır. Film kinomanlar; bir daha Ispaniyanın sehrləyici atmosferinə aşiq edir.

4. Stealing Beauty

Liv Tyler və hamını feyzyab edən gözəlliyinin baş rolda olduğu Stealing Beauty filmi, gənc bir qızı həyatın gerçəkləriylə qarşılaşdığı bir yola çıxmasından danışır. Məşhur rejissor Bernando Bertoluccinin 1996-cı ildə çəkdiyi filmdə yayı İtaliyada keçirən Lucynin sirli hekayəsindən danışılır. Hedonist bir təcrübəylə tutqunun sərhədlərini kəşf edən Lucy, bu dünyada itərkən bir yandan da həqiqətəri tapır.

3. Moonrise Kingdom

Moonrise Kingdom ilə Wes Andersonun bənzərsiz xəyal dünyasından rəngli bir fraqment izləyirik. Ailəsindən qaçan iki gənc aşiqin hekayəsindən bəhs edən film, dəniz və qumsal deyiləndə ağla ilk gələnlərdəndir. Andersonun estetik anlayışımızla bir daha oynadığı Moonrise Kingdom isti və sıxıcı yay günündə əhvalınızı dəyişdirmək üçün möhtəşəm seçimdir.

2. Mamma Mia

ABBA-nın hit mahnılarını həm dinləyib, həm də izlədiyimizi Mamma Mia filmi, xəyallardakı yay fəslini göstərən başqa bir kinomatoqrafiya şahəsəridir. Atasını tapmağa çalışan gənc bir gəlinin hekayəsindən danışan filmdə Meryl Streepin aktyorluğu və Yunan sahillərinin gözəlliyinə vurulmamaq əldə deyil!

1. Mine Vaganti

Fərzan Özpətəyin Aralıq dənizi mədəniyyətinin şirin, mülayim ruhunu göstərdiyi Mine Vaganti ən əyləncəli yay filmləri arasındadır. 1960-cı illərin Romasında keçən film, Tommasonun ənənəvi İtalyan ailəsinə homoseksual olduğunu açıqlamağa çalışarkən başına gələn gülməli hadisələrdən bəhs edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir