xestelik

Dəridəki düyüncük hansı xəstəliyin əlamətidir?

Baxış sayı: 127
Bəzi infeksion xəstəliklər dəridə düyüncüklü səpgi verir. Bəzi hallarda isə düyüncüklərə vərəm, sarkoidoz və siflisdə də rast gəlmək olur.
Dəri leyşmaniozu
 
Adətən milçəyin dişlədiyi yerdə, üzdə, bilək və baldır nahiyədə düyüncüyün əmələ gəlməsi ilə başlayır.(Xəstəliyin bəzi növlərində düyüncüklərin iltihablaşması da baş verə bilir). Xəstəlik zamanı düyüncüyün ölçüsü 2-3 mm olur və ətrafında iltihab əlamətləri qeyd olunmur. Dəri leşmaniozunda düyüncüklər dəridən hündürə qalxır, lupa ilə baxdıqda mərkəzində pulcuqla örtülmüş çökük görünür. 2-3 ay ərzində düyüncük 5-10 mm-ə qədər böyüyür, boz və qırmızımtıl-sarı rəng alır. 3-6 ay sonra düyüncüyün mərkəzində bozumtul-qəhvəyi qabıq, o qopandan sonra isə xora əmələ gəlir.
İmmunitet.az xəbər verir ki, dəri leşmaniozu bəzən böyüyür, nekrozlaşır. Bəzən vərəm mənşəli ola bilir ki, bu zaman xəstəlik 10 ildən çox sürə bilər. Amma bu müddətdə xəstənin əhvalında pozulmalar hiss edilmir.
Tuberkuloid tip düyüncük
Bu, dərinin müxtəlif nahiyələrində düyüncüklərin əmələ gəlməsi ilə özünü göstərir. Onlar kiçik, yastı, qırmızımtıl-göy olur, birləşərək geniş zədələnmə sahələrinə çevrilə bilirlər. Xəstəlik uzun sürür, zədələnmə yeri və ona yaxın sahələr ağrısız olur, tərləmir, həmin nahiyyənin tükü tökülür, piqmentsizləşir. Zədələnmiş nahiyə, periferik sinirlərin yerləşdiyi nahiyələrdə baş verərsə, trofik və hərəki pozğunluqlar – parez, iflic, atrofiya baş verir.
Vərəm yeyilməsi
Xəstəliyə ilk dəfə uşaq və gənc yaşlarda rast gəlinir. Adətən üzdə, bəzən ətraflarda və gövdədə, burunun dərisində 2-5 mm ölçüdə düyüncüklərlə müşahidə edilir. Düyüncüklər sarımtıl-qırmızı və qırmızımtıl-çəhrayı rəngdə olur. Şüşə ilə düyüncüyü sıxdıqda rəngini dəyişərək qırmızımtıl-qəhvəyi (alma cemi) rəngini alır.
Düyüncüklü siflis
Siflis müalicə olunmadıqda, xəstəliyə yoluxmadan 3-4 il sonra üçüncülü əlamət kimi meydana çıxır. Bu zaman düyüncüklər burunda, alında, ətrafların açıq səthlərində, beldə, selikli qişalarda əmələ gəlir. Siflisli düyücüklər dərinin dərin qatında yerləşir və üzərindəki dəri dəyişmir.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir