pryanik

Dadlı pryanik belə hazırlanır – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 1. 012

“Əvvəlki təamların ləzzəti artıq qalmayıb”- hər kəsdən bu sözləri eşidirik. Xüsusən də şirniyyat alarkən alıcılar məhsulların dadından şikayətlənir.

Məsələn sovet vaxtı yediyimiz pryaniklər artıq daha ləzzətsiz hazırlanır. Beləliklə,  “Yeməyə nə var?” rubrikasında dadlı, yumşaq pryanik reseptini təqdim edirik.

 

Pryanik hazırlamaq üçün:

400 qr un, 200 qr xama, 125 qr yumşaldılmış kərə yağı, 125 qr şəkər tozu, 1 paket qabartma tozu və vanil, 2 ədəd yumurta (1i bütöv,digərinin sarısı) lazımdır.

Üzərinə isə 1 yumurta ağı və 125 qr şəkər kirşanı istifadə edə bilərsiniz.

Pryanikin hazırlanma qaydası heç də çətin deyil. Bir qabda yumurta və şəkər tozunu mikserlə çalıb, üzərinə vanil və yumşaldılmış kərə yağı əlavə edin. Qarışdıraraq xamanı da tökün. Ayrı bir qabda un və qabartma tozunu qarışdırın. Un qarışığını hissə-hissə kütlənin üzərinə ələyib, mikserlə zəif sürətdə qarışdırıb, yumşaq xəmir yoğurun. Xəmirdən balaca kündələr düzəldin. Yağlı kağız sərilmiş soba sinisinə aralıqlarla düzün. Öncədən 180 dərəcə qızdırılmış sobada 20-25 dəqiqə qızaranadək bişirin.

Üzəri üçün yumurta ağını şəkər kirşanıyla mikserlə qarışdırın. İsti pryaniklərə fırçayla qlazur çəkib quruması üçün kənara qoyun. Soyuyan pryanikləri nuş edə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir