filosof

Dahi filosoflar haqqında bilmədiyimiz qəribə məlumatlar

Baxış sayı: 89
1. Sokrat bizim dövrümüzdə yaşasaydı yəqin ki,ona şizofreniya diaqnozu qoyulardı.
1. Sokrat bizim dövrümüzdə yaşasaydı yəqin ki,ona şizofreniya diaqnozu qoyulardı.

O içində bir “daimonun” olduğunu və bütün fəlsəfi fikirlərində ona yön verdiyini deyirdi. Daimon qərb dillərində şeytan mənasına gələn yunan mənşəli sözdür.

3. Demonax bəlkə də,tarixdəki ilk aclıq aksiyasını reallaşdıran şəxs idi.

3. Demonax bəlkə də,tarixdəki ilk aclıq aksiyasını reallaşdıran şəxs idi.

Demonax yaşlandıqda özünə baxa bilməyəcək vəziyyətə çatanda heç kimə yük və möhtac olmamaq üçün aclığa başladı və ömrünün sonuna kimi-100 yaşında vəfat edənəcən heç nə yemədi.

Bu bəlkə də, tarixin ilk aclıq aksiyası idi.

4. “Düşünürəm, deməli varam” ifadəsi ilə ölümsüzləşən Descartes analitik həndəsəni gördüyü bir yuxudan sonra yaratdı.
4.

1619-cu il 11 noyabra keçən gece o, soyuqdan qorunmaq adı ilə köhnə sobayla isidilmiş bir otağa girdi və qapını içərdən bağladı. O burada müqəddəs ruhun ona yeni bir elmin açarlarını bəxş etdiyini dedi. Analitik həndəsə beləcə inkişaf tapdı.

 

5. J.J.Rousso “Emilie və ya uşaq tərbiyəsi haqqında” adlı bir kitab yazmış,özü isə uşaqlarını tərk etmişdi.

5. J.J.Rousso

Doğma 5 uşağını doğulan kimi atan Roussonun belə bir kitab yazmasını Volter ikiüzlülük kimi qiymətləndirmişdi.

6. O, o qədər dəqiq idi ki, insanlar saatın neçə olduğunu onun gəlişindən anlayırdılar.

6. O, o qədər dəqiq idi ki, insanlar saatın neçə olduğunu onun gəlişindən anlayırdılar.

İmmenual Kant hər gün 04:55-də yuxudan oyanır, 07:00-da sinfə dərs deməyə girirdi. Saat 9-dan 12:45-ə qədər isə həmişə şəxsi kabinetində işləyirdi.

Günorta yeməyindən əvvəl isti şərabını içir, yeməkdən sonra isə “filosof yolu” adlanan günlük gəzintisinə çıxardı. Həmin küçədə iş yeri olan insanlar saatlarını onun gəlişiylə qurardılar.

7. Jeremy Bentham çox qeyri-adi xarakterə sahib idi.

7. Jeremy Bentham çox qeyri-adi xarakterə sahib idi.

Ev heyvanı kimi evində donuz bəsləyirdi. O deyirdi ki, “mən başa düşə bilmirəm ki,yolları niyə çiçəklərlə bəzəyirlər? Axı bunu ölmüşlərin mumyaları ilə etsələr daha estetik olmazdımı?”

Bu gün Benthamın öz mumyası da University College Londonda saxlanılır.

8. O gənc bir dahi idi.

8. O gənc bir dahi idi.

Basel universitetinə dərs demək üçün göndəriləndə onun heç 24 yaşı yox idi. O, buradakı ən gənc professor idi. Maraqlısı isə, hələ doktoranturasını belə etməmişdi.

8.2. Sahibi tərəfindən döyülən at gördükdən sonra Nietzsche mental qabilyyətini bütünlüklə itirdi.

8.2. Sahibi tərəfindən döyülən at gördükdən sonra Nietzsche mental qabilyyətini bütünlüklə itirdi.

1889-cu il 3 yanvar tarixində o, sahibi tərəfindən döyülən bir at gördü. Ordaca qaçıb atı qucaqlamağa və hönkür-hönkür ağlamağa başladı. Sözün əsl mənasında sinir krizi keçirən dahi özünü yerə atıb saatlarla ağlama başladı və bir daha heç vaxt düşünə bilmədi. (publika.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir