cingizxan

Dahi insanların qəribə ölüm faktları

Baxış sayı: 440

Pifaqor

Sən demə, Pifaqor vegeterian olub. Buna baxmayaraq, nədənsə  içərisində lobya olan yeməkləri də yeməyib. Yeməməkdən əlavə lobyaya əlini belə toxundura bilməyib. Çox maraqlıdır ki, onun ölümünə səbəb məhz  lobya olub. Rəvayətlərə görə, Pifaqorun evinin ətrafını düşmənləri sarıb, onu öldürmək istəyiblər. Evdən gizli yolla qaçmağı bacaran Pifaqorun yolu qəfildən lobya tarlası ilə kəsişib. Lobya tarlasının içərisinə girib qaçmağa davam etmək əvəzinə, tarlanın qabağında dayanıb və  nədənsə heç tərpənməyib.  Elə burada düşmənləri onu  yaxalayaraq  öldürüblər.

 

İsveç kralı Addolf Frederik

İsveç kralı Addolf Frederik yemək yeməyi çox sevirdi və onun yeməyə olan bu sevgisi ölümünə səbəb oldu. O, 1771-ci ildə süfrədəki müxtəlif çeşidli yeməklərlə yanaşı, sevdiyi şirniyyatdan 14 ədəd yedikdən sonra ölmüşdü.

 

Çin imperatoru Qin Şi Huanaq

Çin imperatoru Qin Şi Huanaq bütün ömrüboyu ölümsüzlüyün dərmanını axtarıb və məhz buna görə mənşəyi məlum olmayan dərmanlar içərək vəfat edib.

 

Esxil

Esxil ilk yunan faciə yazarıdır. O, təxminən e.ə. 525-ci ildə Afinanın yaxınlığında Elevsin qəsəbəsində zadəgan ailəsində anadan olub. Çox maraqlıdır ki, dahi,  bir qartalın daşıdığı tısbağanın başına düşməsi nəticəsində dünyasını dəyişib.

 

Kraliça Sunanda Kumariratana Siama

Kraliça Sunanda Kumariratana Siama onun yanında olan əyanların, qulluqçuların yanında dənizdə boğularaq həlak olmuşdu. Səbəb isə  hökmdarın qulluqçularının ona kömək edə bilməməsiydi. Çünki onların heç birinin kraliçaya toxunmaq hüquqları yox idi.

Çingizxanın qəribə ölümü

Dünya tarixinin ən böyük sərkərdələrindən biri  Çingizxanın ölümü və dəfni ilə bağlı bir sıra sirləri var.

Ən maraqlı versiya isə orta əsr moğol salnamələrində qeyd edilib. Bu versiyaya əsasən, Çingizxan qətlə yetirilib. Qatil isə Tanqut kraliçası olub. Başqa bir versiyaya əsasən, bu qadın ya sonuncu Tanqut hökmdarının arvadı, ya da qızı olub. Tanqut kralının keçmiş arvadı və ya qızı dövlətinin intiqamını almaq üçün ilk zifaf gecəsində xaqanı gəmirərək qətlə yetirib. Sonra isə dəhşətli edamdan qurtulmaq üçün özünü çaya ataraq intihar edib.

Tarixçilər təbii ki, bu faktların ciddi yanaşmır və bu barədə ciddi mənbə və təsdiq olmadığını qeyd edirlər. Eyni zamanda qeyd etmək lazımdır ki, hun hökmdarı Attila da işğal etdiyi dövlətin şahzadəsi tərəfindən toy gecəsi qətlə yetirilmişdi.

 

Tixo Braqe

16-cı əsrdə yaşamış danimarkalı astronom Tixo Braqe çox zəngin olması ilə tanınır. Braqe əyləncəni çox sevirmiş. Demək olar ki, həftənin bütün günləri sarayında əyləncələr təşkil edirmiş. Bir gün yenə sarayında əyləncə təşkil edən Braqe süfrə arxasında qonaqları ilə birgə oturarkən ayaqyoluna getmək istəyir. Lakin yerindən qalxmır. Çünki o zamanlarda süfrədə qonaqlar olan zaman ev sahibinin ayağa qalxması ayıb sayılırmış. O gün heç bir şəkildə ayaqyoluna getməyən dahinin 11 gün sonra ölüm xəbəri gəlib. Səbəb isə  astronomun böyrəklərinin sıradın çıxması və sidik kisəsinin partlaması olub.  Beləcə, astronom kübarlığının qurbanı olub.

 

Hun İmperatoru Atilla

Tarixin ən qəddar hökümdarlarından biri olan  Monqolustandan başlayaraq Rusiya sərhədlərinə qədər bütün Asiya qitəsini fəth edən Atillanın ölüm səbəbi bir çox tarixçilərin marağına səbəb olub. Əslində imperator toy gecəsi zamanı  bəsit bir burun qanaxması nəticəsində  dünyasını dəyişib. Belə ki, Atilla İldiko adlı gənc bir xanımla ailə həyatı qurub. Döyüşlərdə qəddarlığına görə ad çıxarmasına baxmayaraq böyük ziyafətlər zamanı çox az içki içən imperator toyu günü həddən artıq yeyib-içdiyi üçün  burun qanaxmasından  dünyasını dəyişib. Hər kəs onu sərxoş olub yatdığını zənn edərək əhəmiyyət verməyib. Səhərə yaxın isə imperator  qan itirməkdən dünyasını dəyişib.

 

Jan-Batist Lyulli

Bəstəkar Jan-Batist Lyulli 1687-ci ildə fransız kralı XIV Lüdovik üçün “Te Deum “ adlı əsəri çalanda bədbəxt bir hadisə baş verib. Ritmin təsirinə düşən  Lyulli bütün gücü ilə çubuğunu ayağına vurub. Bir müddət sonra ayaq barmağı qanqren olan Lyulli barmağının kəsilməyinə razı olmayıb və dünyasını dəyişib.

 

Frensis Bekon

16-cı yüzilliyin dahi  insanlarından olan filosof  alimlərindən biri olan  Frensis Bekon  1625-ci ildə  pəncərədən qar fırtınasını izləyərkən qəflətən ağlına qarın duz kimi ətləri qoruya biləcəyini sınamaq gəlir. Bunu isbat etmək üçün yaxınlıqdakı bir kənddən toyuq alıb öldürür və daha sonra çölə çıxıb toyuğu qarla doldurmağa başlayır. Toyuqla bərabər alim də donaraq dünyasını dəyişir.

 

Xrissip

E.ə. 207-ci ildə yunan filosofu Xrissip eşşəyinin əncir yediyini gördükdən sonra gülməkdən ölmüşdü.

 

Horace Vells

1840-cı ildə keyləşdirici dərmanların kəşfində mühüm rol oynayan alimin ölümü də elə bu dərmanlarla bağlı olub. Belə ki, keyləşdirici dərmanların araşdırılması zamanı müxtəlif qazlarla təcrübələr apararkən Vells xloroform aludəçisinə çevrilir. 1848-ci ildə 2 qadının üzərinə sulfat turşusu atmaqda ittiham olunaraq həbs edilir. Həbsxanada yazdığı bir məktubda etdiyi əməllərdə günahın özündə yox, hücum etməzdən əvvəl qəbul etdiyi xloroformda olduğunu yazan alim dörd gün sonra kamerasında ölü halda tapılıb. O, özünü xloroformla keyləşdirib qasığını kəsərək intihar edir.

 

Samirə Tağıyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir