dahiler

Dahilərin qəribə və gülməli iş rejimləri

Baxış sayı: 784

Əfsanəvi ingilis kvarteti “Bitlz”qrupunun məşhur solisti Con Lennon dənizi hədsiz dərəcədə çox sevirdi. Her şey belə başlayır. O,1975-ci ildə yaradıcılıq böhranı keçirir və müəyyən müddət ərzində mahnı bəstələyə bilmir. 1980-ci ildə “Megan Jaye” adlı yaxtanı icarəyə götürərək Bermud adalarına səyahətə gedir. Səyahət zamanı fırtına baş verir və yaxtanın gücdən düşmüş kapitanını Lennon özü əvəz edir. Bu hadisə onun həyatında yeni səhifə açır. Səyahətdən qayıdan musiqiçi müsahibəsində deyir: “Ətrafda yalnız səma və dənizin olması hissi qeyri-adi bir atmosferdir. Özünü tənha hiss etdiyin məqamda həqiqi azadlığın nə olduğunu başa düşürsən”.  Bermud adaları ətrafında keçirdiyi 7 həftəlik səyahətdən sonra musiqiçiyə yeni nəfəs verir. Deyilənlərə görə, yeni hobbisi onun həyatını tamamilə dəyişir və o, bir-birinin ardınca hit mahnılar bəstələyir.

Məşhur ixtiraçı Nikola Tesla hər gecə ayaq barmaqları ilə məşq edərdi. Yazıçı Marc J Seiferin qeydlərində bildirir ki , o, hər ayağının barmaqlarını 100 dəfə sıxıb açmamış yuxuya getməzmiş. Tesla, bunun beyin hüceyrələrinə təkan verdiyini deyirdi.

Avstriya bəstəkarı İosif Haydn  Prusiya kralı II Fridrixin ona bağışladığı üzüyünü barmağına taxmamış musiqi bəstələməzdi.

Böyük ingilis şairi Con Milton  başını arxa tərəfə əyməmiş şeir yaza bilməzmiş.

20-ci əsrin ən məhsuldar riyaziyyatçısı Paul Erdos daha çox işləyə bilmək üçün qəribə bir üsula əl atarmış. Deyilənlərə görə, o, amfetamindən istifadə edib.  Beləliklə o, iyirmi saat işləyə bilirmiş.

Həyatı kitablardan ibarət olan Nyutonun ən önəmli özəlliyi qeyd aparmaq vərdişi idi. Dahi fizik oxuduğu kitabların səhifələrində qeydlər edərək boş yer buraxmaz və bundan əlavə ayrıca dəftərdə qeydlər tutardı.

Dahilərin dünyaya baxışı bizimkindən fərqlənir. Leybnis – horizontal, Heminquey – ayaq üstündə duraraq, Bethoven – otaqda gəzişərək düşünüb, ideyanı formalaşdırandan sonra kağıza köçürərmiş.

Fransız filosofu, sosialist Jan Jak Russo yalnız qızmar günəş altında ot çalarkən ən dərin mühakimə yürüdə bilərdi.

Şair və dramaturq İohan Şilleri çürümüş alma iyi yaradıcılığa ruhlandırırdı. Bu səbəbdən o, həmişə stolun gözündə alma saxlayardı.

Romantik dövrün ən məşhur Norveç bəstəkarı, musiqi xadimi, pianoçu və dirijor Edvard Qriq bütün dünyaya Henri İbsenin “Per Gyunt” dramına bəstələdiyi musiqi ilə tanınıb. İnsanlarla ünsiyyət qura bilməyən bəstəkarın ən böyük qəribəliklərindən biri o idi ki, pencəyinin cibində gildən düzəldilən qurbağa saxlayırdı. Hər tamaşa öncəsi pencəyinin cibindən qurbağanı çıxaran Qriq onun belini sığallayırdı. Həmin qurbağa onun uğur gətirən talismanı idi.

Şairə Elizabet Bşion yatmamışdan qabaq rokfor pendiri yeyərdi.  Düşünürdü ki, bunun nəticəsində yaxşı yuxular görəcək, bu isə öz növbəsində onu gözəl şeirlər yazmağa ruhlandıracaq.

İmmanuil Kant bütün həyatı boyu dəqiqliyi ilə seçilib. Yuxu, istirahət, iş rejiminə o qədər dəqiq əməl edib ki, hətta qonşuları onun gəzməyə belə günün hansı saatında və dəqiqəsində çıxdığını bildikləri üçün Kant evdən çıxarkən saatlarını düzəldirmişlər.

Çarlz Dikkens yazı masasının arxasında əyləşərkən üzünü şimal tərəfə çevirərdi. O belə zənn edirdi ki, Şimal qütbünün maqnit sahəsi yaradıcılığa müsbət təsir edir.

Gənclik illərində Bethoven tez-tez başına soyuq su tökürdü, çünki fikirləşirdi ki, etdiyi bu qəribə hərəkət  beynin fəaliyyətini stimullaşdırır.

Məşhur fransız izahlı lüğətini tərtib edən Buast ciddi şəkildə mənəviyyat məsələlərində ciddi mühafizəkar idi və öz lüğətindən də bütün əxlaqsız terminləri çıxarmışdı.

Virciniya Vulf Fridrix Nitsşeni birləşdirən yeganə cəhətlərdən biri də odur ki, onlar əsərlərini ayaqüstü yazmağa üstünlük verirdilər. Məşhur yazıçıların düşüncələrinə görə, mükəmməl bir əsər yaratmaq üçün mütləq ayaqüstündə durmaq lazımdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir