dalaq

Dalaq xəstəliklərinin müalicəsi – XALQ TƏBABƏTİ

Baxış sayı: 2. 227

1 dəstə üzərliyi (toxumu və yarağı) döyüb 100 qr sirkədə qaynadıb alınan məlhəmi təpitmə kimi dalağın üstünə yaxıb bağlayın. Müalicə 5-6 gün təkrar olunandan sonra dalağın şişi çəkilir və ağrı kəsir.

Yulğunun təzə çıxan zoğlarını döyüb sirkə ilə qaynatdıqdan sonra təpitmə kimi dalağın üstünə yaxıb sarımaq lazımdır. Müalicə bu qayda ilə  3-4 gün davam etdirilərsə, xəstəlik sovuşub gedər.

Əgər dalağın böyüməsi, istiliklə müşahidə olunursa, onda belə etmək lazımdır: balqabağın qurudulmuş qabığından 4qr götürüb döyür və 30qr sirkə ilə qarışdırıb içirlər. 3-4 gün davam etdirilərsə , xəstəlik sovuşub gedər.

Turp toxumunu yumşaq döyüb, sirkə ilə qarışdırıb vam odda qaynatdıqda sonra dalağın üstünə təpitmə kimi qoymaq məsləhətdir. Müalicə  5-7 gün davam etdirilir.

Vəzərini üzüm sirkəsində qaynadıb günəş altında qurudurlar. Sonra onu buğda ununa qatıb çörək bişirib və yenidən qurudub döyürlər. Hər gün ondan bir qədər götürüb su ilə qarışdırır və təpitmə kimi dalağın üzərinə qoyub sarıyırlar. Bu, çox faydalı üsullardan sayılır.

Balqabaq yarpağını və məcnun söyüdünün yarpağını (eyni çəkidə) qarışdırıb döyür, suyunu çıxarırlar.Həmin suyu gündə iki dəfə 1 xörək qaşığı miqdarında içmək dalaq xəstəliyi üçün faydalı sayılır.

Quzuqulağının kökünü çıxarır, yuyub təmizləyir xırda- xırda doğrayırlar onun üstünə sirkə töküb vam odda qaynadırlar. Alınan məlhəmi isti-isti dalağın üzərinə təpitmə kimi qoyub sarıyırlar. Bunu səhər və axşam təzələyirlər. Bu müalicə dalağ ağrılarında müsbət təsir göstərir və xəstənin halını yaxşılaşdırır. Müalicə ağrı sovuşub gedənədək davam etdirilir.

Əgər dalaq şişi sidiklə əlaqədar olarsa, sidiyin rəngi dəyişərsə, onda xalq təbabəti biliciləri məcnun söyüdündən istifadə etməyi məsləhət bilmişlər. Məcnun söyüdün yarpağını toplayır, kölgədə qurudur, döyüb toz halına salırlar. Ondan hər səhər 5 qr. şəkərlə və balla ac qarına qəbul edirlər. Bu faydalı müalicə üsulunu  8-10 gün davam etdirirlər.

Eyni miqdarda yarpız və adi  paxla götürün. Onları bir yerdə kütlə halına düşənə qədər döyün. Sonra üzərinə sirkə əlavə edib bişirin. Alınan məlhəmi isti-isti dalağın üzərinə yaxıb yun parça ilə sarıyın. Bu xeyirli müalicəni ağrı dəf olunanadək davam etdirin.

Eyni çəkidə xardalı və yetişmiş ənciri yaxşı döyüb, kütlə halına saldıqdan sonra həmin məlhəmdən təpitmə kimi istifadə etmək müsbət nəticə verir. Dalağın şişi çəkilənə qədər müalicəni gündə iki dəfə səhər və axşam davam etmək lazımdır.

1 stəkan üzüm sirkəsini 1 butulkaya töküb ağzını bağlamaq və onu qaynar suyun içinə salıb qızdırmaq lazımdır. Sonra bir parça keçəni qızdırılmış sirkəyə batırıb (isladıb) dalağın üzərinə qoyub, yun parça ilə bağlamaq da təsirli vasitələrdən biri hesab olunur.

Qədim türkəçarəçilər belə edirlərmiş: bağanın çanağını yandırıb, külünü dalağı üzərinə sürtüb bağlayırlarmış. Bunu bir neçə dəfə təkrar etməklə xəstəliyi yüngülləşdirirlərmiş.

Dalaq xəstəliklərində yaxşı təsirə malik dərmanlardan biri belə hazırlanırmış: eyni miqdarda yarpızı və nanəni əzib kütlə halına salır, üzərinə şəkər əlavə edib qaynadır və məlhəm alırlarmış. Onu dalağın üzərinə yaxıb sarıyırlarmış. 5-6 dəfə belə sarğıdan sonra xəstə sağalarmış.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir