ayaqqabi

Dar ayaqqabılarınızı genişləndirməyin 5 yolu

Baxış sayı: 2. 050

Ayağınıza dar gələn ayaqqabılarınızı genişləndirmənin müəyyən yolları var.  Biz ən populyar və effektiv 5 üsulu sizə təqdim edəcəyik.

Evdə geyinin

Ayaqqabınızı evdə olarkən qalın bir corabla geyinin. Bu şəkildə evdə gəzərkən ayaqqabılarınız genişlənəcək. Eyni üsulu yeni aldığınız ayaqqabılarınızı açmaq üçün də istifadə edə bilərsiniz.

Ayaqqabılarınızı dondurun

Ağzı bağlanan bir paket alın və yarısına qədər su ilə doldurun. Paketin axıtmadığından əmin olduqdan sonra ayaqqabınızın içinə bu paketləri yerləşdirin, ayaqqabınız ayağınıza hansı tərəfdən dar gəlirsə oraya yerləşdirmənizə xüsusi diqqət edin, daha sonra ayaqqabılarınızı içindəki paketlərlə buzluğa qoyun. Suyun buzlaşmasını gözləyin. Ayaqqabının içindəki su, buzlaşarkən genişlənəcək və beləcə ayaqqabınız da genişlənəcək. Daha sonra ayaqqabıları buzluqdan çıxardın və evin içində bir az geyinin. Amma ayaqqabıları geyinməzdən öncə ayağınıza corab geyinin çünki ayaqqabılar buzluqdan çıxdıqları üçün soyuq ola bilərlər.

Spreylə genişləndirmə

Ayaqqabı satılan mağazalarda tapa biləcəyiniz fısqırdıcı spreyləri şüşənin arxasındakı təlimatlara görə istifadə edə bilərsiniz.

Fen cihazının möcüzəsi

Qalın corablarla ayaqqabılarınızı geyinin. Daha sonra fen cihazınızı ayaqqabılarınıza (üstünə birbaşa olmamaq və müxtəlif tərəflərinə gəzdirmək şərti ilə) yaxınlaşdırın və ayaqqabılar istiləndikcə barmaqlarınızı ayaqqabının içində oynadın. Soyuduqdan sonra yenə ayağınıza dar olarlarsa ayaqqabıları təkrarən eynilə bu təcrübədən keçirin.

Ayaqqabı qəlibləri

Ayağınızla eyni ölçüdəolan bir ayaqqabı qəlibi alın və ayağınıza dar gələn ayaqqabılarınızın içinə qoyun. Lakin bu üsulun işə yaraması üçün bir neçə gün gözləməniz lazım olacaq.